Əsas səhifə Xəbərlər Xarici xəbərlər Fransanın “SimpliField” şirkəti 11 mln. dollar cəlb edib

Fransanın “SimpliField” şirkəti 11 mln. dollar cəlb edib

44
Paylaş

Fransanın SimpliField xidməti A raundunda 11 mln. dollar cəlb edib. Raunda Amerikanın Five Elms Capital fondu başçılıq edib. Digər səhmdarlar arasında  Runa Capital vençur fondu və Cap Horn da var. Əməliyyatın təfərrüatları və qiyməti barədə şirkət açıqlama verməyib.

SimpliField əldə edilən vəsaiti əməkdaşların sayının artırılmasına və ABŞ-da genişlənməyə xərcləməyi düşünür.

Qeyd edək ki, 2020-ci ilin əvvəlində SimpliField ABŞ-da baş ofisini açmağa hazırlaşır.

Şirkətin müştəriləri arasında Samsung, Nokia, L’Oreal, Sony və başqaları var. Crunchbase-in məlumatına görə, son raundu çıxmaq şərtilə, xidmət ümumilikdə 4 mln. dollardan çox vəsait cəlb edib.