Əsas səhifə Xəbərlər Xarici biznes xəbərləri Fransalı milyarder ailəsi Notr-Dam kilsəsi üçün 100 milyon avro ayıracaq

Fransalı milyarder ailəsi Notr-Dam kilsəsi üçün 100 milyon avro ayıracaq

202
Paylaş

Fransanın milyarder Pino ailəsi ötən gün baş vermiş yanğın zamanı ciddi zərər görmüş Paris Notr-Dam kilsəsinin bərpası üçün 100 milyon avro ayıracaq.

Bu barədə “Agence France-Presse” məlumat yayıb.

“Atam Fransua Pino və mən “Artemis” fondundan kilsənin bərpasına 100 milyon avro ayırmaq qərarına gəldik”, – deyə biznesmen Fransua Anri Pino agentliyə açıqlamasında deyib.

Qeyd edək ki, “Artemis”  və “Kering” şirkətləri, həmçinin “Christie’s” auksion evi bu ailəyə məxsusdur. “Gucci”  və “Yves Saint Laurent” kimi brendlər “Kering” şirkətinin məhsullarıdır.

Paris Notr-Dam kiləsində yanğın ötən gün yerli vaxtla 18:50 radələrində başlayıb. Yanğın söndürülsə də, tüstülənmə davam edir.