Bu vaxtadək Fransa şirkətləri Azərbaycan iqtisadiyyatına 2,2 milyard ABŞ dolları, Azərbaycan isə bu ölkəyə 2,6 milyard dollar investisiya yatırıb.
Bu barədə İqtisadiyyat naziri Şahin Mustafayev iyulun 11-də Bakıda keçirilən Azərbaycan-Fransa biznes forumunda deyib.
“Ölkəmizdə 45 Fransa şirkəti fəaliyyət göstərir. Fransa şirkətləri ölkə büdcəsindən həyata keçirilən və dəyəri 6,2 milyard dollar olan 34 layihədə podratçı qismində iştirak edib”, – deyə nazir bildirib.