Fransa şirkəti Azərbaycanın lokomotiv parkına texniki dəstək göstərəcək

Date:

Paylaş:

Maliyyə naziri Samir Şərifov Azərbaycanda səfərdə olan Fransanın iqtisadiyyat və maliyyə naziri Bruno Lo Merinun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Görüşdə iki ölkə arasında münasibətlər müzakirə olunub.

Fransalı nazir deyib ki, Azərbaycan Cənubi Qafqazda ölkəsinin əsas tərəfdaşıdır.

Görüşün yekunu olaraq “Azərbaycan Dəmur Yolları” QSC (ADY) ilə Fransanın “Alstom” şirkəti arasında müqavilə imzalanıb. Sənəd Azərbaycanın lokomotiv parkına texniki dəstəyin göstərilməsini əks etdirir.

Müqaviləni ADY-nin sədri Cavid Qurbanov və “Alstom”un Azərbaycan, Gürcüstan, Özbəkistan və Türkmənistan üzrə icraedici direktoru Elşən Zeynalov imzalayıb.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...