Tayvanın ən zəngin iş adamı, Foxconn-un qurucusu Terri Gou yuxusuna gələn Tanrıdan ilhamlanaraq prezident seçkilərində iştirak edəcək.
Bloomberg də, Terri Goun-nun özünün dediyinə əsasən gələn il keçiriləcək seçkilərdə onun iştirak edəcəyi barədə məlumat verib.
Gou Koumintang çin müxalifət partiyasına birincilik uğrunda seçimdə iştirak edəcək və verdiyi məlumata görə, qalib gələcəyi halda 2020-ci ildə keçiriləcək seçkilərdə bu partiya adından iştirak edəcək. Gou sözlərinə onu da əlavə edib ki, onun əsas hədəfləri “stabillik, iqtisadiyyat və gələcək”dir.
Çərşənbə günü, Gou Taipei-dəki məbədi ziyarət edib və seçicilərlə görüşüb. Onlarla söhbətində bildirib ki, onu siyasi karyeraya başlamağa yuxusuna gələn Tanri Matsu ruhlandırıb. “Bugün Tanrı Matsu mənə dedi ki, mən bundan nümunə götürüb əzab çəkən insanlar üçün xeyirli işlər görməli, gənclərə ümid verməli və Tayvan boğazının hər iki tərəfində sülhü dəstəkləməliyəm” – deyə, milyarder bildirib.