TechCrunch xəbər verir ki, Çinin “Huawei” şirkəti yeni smartfonların istehsalı üzrə sifarişləri qəbul etmir. Anonim mənbələrdən əldə edilən məlumata görə, Tayvanın “Foxconn” istehsalçısı, şirkətin sifarişləri rədd etməsindən sonra, bəzi modellərinin istehsalını dayandırıb. “Foxconn”, “Apple” və “Xiaomi” də daxil olmaqla, əksər smartfon brendləri üçün cihazların istehsalı lə məşğuldur.
“Huawei”-də, artıq, ABŞ hökumətinin qadağasına görə “Google”,”Microsoft”,”Intel” kimi tərəfdaşlarının onunla işləməkdən imtina etməsi ilə bağlı təcili ölçü götürülür.Şirkət artıq, Androiddə öz mobil əməliyyatlar sistemi variantını işləyib hazırlayıb çünki, onun, “Google” xidmətləri olmadan opensource-versiyasından istifadə hüquqları var.
Hal-hazırda onun istifadəçiləri hələ də Google Play Store tətbiqi mağazasına daxil ola bilirlər.Lakin şirkət, tətbiqin satışını yalnız “Huawei”-ə görə mağazaya keçirməli olsa, bu onun Çindən kənardakı istifadəçiləri tərəfindən yaradılan problem anlamına gəlmiş olacaq.
Əvvəllər şirkət ABŞ hökumətinin hərəkətinə etiraz olaraq məhkəməyə müraciət edib. “Huawei” hüquqşünaslarının fikrincə, “normal hal odur ki, bütün millət gücünü ayrıca şirkətlə mübarizəyə sərf edir”.