Tayvanın elektronika istehsalçısı Foxconn italyan-amerikan avtomobil istehsalçısı Fiat Chrysler-lə ortaq müəssisə yaratmaq üçün əməkdaşlığa başlayıb. Bu barədə Foxconn-a istinadən Nikkei Asian xəbər verir.
Onlar elektromobillərin və “nəqliyyat vasitələrinin interneti” (internet of vehicles; ioV) üçün texnologiyaların hazırlanması ilə məşğul olacaqlar. Tərəflərə düşən pay 50% olacaq. Ortaq müəssisəyə Foxconn-un “törəmələri” olan FİT Hon Teng (avtomobil hissələri istehsalçısı) və FİH Mobile (Android-smartfonlar yığan) də daxil olacaqlar.
Qeyd edək ki, Foxconn iPhone-lar yığan ən iri şirkətdir.
Fiat Chrysler avtomobillərin istehsalına, Foxconn isə aparat və proqram təminatına görə cavabdehlk daşıyacaqlar. Bu barədə Nikkei Asian Review mənbəsindən məlumat verilib. Foxconn-dan bildiriblər ki. FİH Mobile müxtəlif elektromobil sistemlər üçün proqram təminatı təqdim edəcək.
“Biz əvvəlcə Çində yerli bazar üçün elektromobillər istehsal edəcəyik. İxrac sonra olacaq” – deyə, şirkət nümayəndəsi nəşriyyata bildirib. Nikkei Asian Review nəşriyyatı qeyd edir ki, Çin dünyada ən iri elektrik avtomobillər bazarıdır.