Əsas səhifə Xəbərlər Xarici xəbərlər “Foxconn” “Fiat Chrysler”lə birgə Çin bazarı üçün elektromobillər istehsal edəcək

“Foxconn” “Fiat Chrysler”lə birgə Çin bazarı üçün elektromobillər istehsal edəcək

55

Tayvanın elektronika istehsalçısı Foxconn italyan-amerikan avtomobil istehsalçısı Fiat Chrysler-lə  ortaq müəssisə yaratmaq üçün əməkdaşlığa başlayıb. Bu barədə Foxconn-a istinadən Nikkei Asian xəbər verir.

Onlar elektromobillərin və “nəqliyyat vasitələrinin interneti” (internet of vehicles; ioV) üçün texnologiyaların hazırlanması ilə məşğul olacaqlar. Tərəflərə düşən pay 50% olacaq. Ortaq müəssisəyə Foxconn-un “törəmələri” olan FİT Hon Teng (avtomobil hissələri istehsalçısı) və FİH Mobile (Android-smartfonlar yığan) də daxil olacaqlar.

Qeyd edək ki, Foxconn iPhone-lar yığan ən iri şirkətdir.

Fiat Chrysler avtomobillərin istehsalına, Foxconn isə aparat və proqram təminatına görə cavabdehlk daşıyacaqlar. Bu barədə Nikkei Asian Review mənbəsindən məlumat verilib. Foxconn-dan bildiriblər ki. FİH Mobile müxtəlif elektromobil sistemlər üçün proqram təminatı təqdim edəcək.

“Biz əvvəlcə Çində yerli bazar üçün elektromobillər istehsal edəcəyik. İxrac sonra olacaq” – deyə, şirkət nümayəndəsi nəşriyyata bildirib. Nikkei Asian Review nəşriyyatı qeyd edir ki, Çin dünyada ən iri elektrik avtomobillər bazarıdır.