Çin, “Fortune Global 500” siyahısına 129 şirkətinin daxil olması ilə ABŞ-ı geridə qoyub.
İlk dəfə Çin, ABŞ-dan daha çox şirkətlə “Fortune Global 500” siyahısında təmsil olunur.
Bu il “Global 500” siyahısına 13 yeni Çin şirkəti daxil olub. Beləliklə, 129 şirkəti ilə Çin, siyahıda 121 şirkəti olan ABŞ-ı geridə qoyub.
“Sinopec Group“, “China National Petroleum and State Grid” siyahıda ilk 10-luğa daxil olublar. Hələ doqquz illik bir keçmişi olan texnologiya şirkəti “Xiaomi” bu il siyahıya 468-ci yerdən daxil olub.
Ən sürətli böyüyən ilk 10 şirkətdən altısı “Alibaba” və “Tencent” də daxil olmaqla Çin şirkətləridir.
Veb sayt, Çin şirkətlərinin böyüməsini ölkənin genişlənən daxili bazarı, strategiyalarını yenidən qurmaları və ölkənin makroiqtisadi şərtlərilə əlaqələndirib.