Forex Fırıldaqçılığı deyəndə ilk ağıla gələn 4 insan
Dünyada ən böyük maliyyə bazarı olaraq qəbul olunan “Forex Bazarı” tarixdə bir çox fırıldaqçının da xüsusi bacarıqlarına şahid olub. Bu adamların etdikləri fırıldaqlar filmlər üçün əsl ssenaridir.
Forex bazarının indiyə qədər gördüyü ən istedadlı 4 fırıldaqçını tanımağa hazır olun.
Yasuo Hamanaka: 2.6 milyard dollar
Yasuo Hamanaka yəni məhşur “Mr. Copper”, Yaponiyanın ən böyük ticarət şirkətlərindən biri olan “Sumitomo Corporation“-ın treyderlərindən biri idi. Maliyyə bazarlarında kifayət qədər böyük əməliyyat həcminə sahib mis ticarəti üçün şirkətin baş treyderi vəzifəsinə keçən Yasuo Hamanaka, dünyanın ən böyük bazar fırıldaqçısı olaraq bilinir.
O, əsl mis ticarəti mütəxəssisi idi və bazarda arıdıcıl olaraq uğurlar qazanırdı. Bu uğurlarına görə 1991-ci illərdə çalışdığı şirkət olan “Sumitomo Corporation”-da “qəhrəman” adalndırılmışdı. Təqribən 5 illik bir müddətin sonunda 13 iyun 1996-cı ildə “Sumitomo Corporation” London Metal Bazarına 1.8 milyard dollarlıq zərər göstərdi. Araşdırmanın nəticəsində isə zərərin daha böyük olduğu orta çıxdı. Yasuo Hamanaka, qanunsuz əməliyyatlar həyata keçirmiş və şirkətə 5 illik bir dövrdə 2.6 milyard dollarlıq ziyan vurmuşdu. Nəticə olaraq “Mr. Copper” boz kostyumları arasında 1998-ci ildə 8 illik həbs cəzası almış oldu.
Nicholas William Leeson: 1.4 milyard dollar + Bankı batırdı
Nicholas William Leeson və ya Nick Leeson olaraq tanınan bu şəxs, bazarın heç vaxt unutmadığı ən məhşur fırıldaqçılardan biridir.
Kariyerasının zirvəsinə 28 yaşında öz bacarığı ilə addım-addım yaxınlaşan Nick Leeson, 1993-cü ildə “Barings Bank”-ın Sinqapurdakı investisiya bankçılığına baş direktor olaraq təyin olunmuşdu. Barings Bank-ın Sinqapurun beynəlxalq valyuta bazarında mövqeləri ələ keçirərək əməliyyat idarəçisi olmasına şərait yaradan Nick Leeson eynən Yasuo Hamanaka kimi səlahiyyətlərini daha fərqli şəkildə istifadə etmişdi. 1994-cü ildə mühsaibatlıq “səhvi” nəticəsində 20 min sterlinqi qeydlərdən silən Leeson, şirkəti adına daha çox mövqeləri ələ alaraq səhvini ört bastır etməyi bacardı. O, bunu həqiqətən bacarsa da özünü saxlaya bilmədi beləki deyəsən pul Leeson üçün çox şirin omuşduki, bir müddət sonra o daha böyük mövqeləri ələ keçirərək öz “səhvlərini” davam etdirdi.
1995-ci ildə orataya çıxan skandalın ardıyca həbsə atılan Nick Leeson, öz işlədiyi bankı iflas etdirmişdi. Barings Bank Hadisəsi olaraq tarixə düşən bu skandal “Rogue Trader” adlı film üçün ssenari olmuşdur.
John Rusnak: 691 milyon dollar
Mərkəzi İrlandiyada yerləşən “Allied Irish” adlı bankın valyuta bazarı əməliyyatları üçün 1993-cü ildə vəzifəyə gətirilən John Rusnak, 1995-ci ilə qədər xeyli uğurlu əməliyyatlar həyata keçirmişdi. 1996-cı ildə isə bazarda daha agressiv həmlələr edən Rusnak, dövrün məhşur səhvlərindən olan “Yapon yeni” proqnozları ilə pulları itirməyə başladı. 1997-ci ildə artıq Rusnak; 29,1 milyon dollar, 2001-ci ilə qədər isə 300 milyon dollara yaxın pul itirmişdi.
Səhv proqnozlarında təkid edən və özünə bir xeyli arxayın olan trader, Yapon Yeninin dollar qarşısında dəyər qazanacağını düşünürdü. Bu səbəbdən o öz müddətli müqavilələrini qarantiya altına da almamışdı. Sonda işlərin tərs getdiyini görən Rusnak öz itkilərini gizlətmək üçün digərlərinin etdiyi kimi səlahiyyətlərini başqa yöndə istifadə edərək tarazlayıcı sistemə müdaxilə etməyə başladı. Etdikləri ortaya çıxdıqda isə 7 il yarımlq həbsə salındı və 691 milyon dollar cəza ödəməsi qərarı verildi.
Jerome Kerviel: 7.1 milyard dollar
Avropalı Fransız “Societe General” bankı üçün işləyən treyderlərdən biri olar Jerome Kerviel, 2008-ci ildə səlahiyyətindən kənar əməliyyatlar həyata keçirərək işlədiyi bankı 7.1 milyard dollarlıq zərər etdirmişdir.
Səlahiyyəti xaricində əməliyyatlar həyata keçirən gənc treyder Jerome Kerviel, 5 il həbs və 7.1 milyard dolları geri ödəməklə cəzalandırıldı.