Forekslə zəngin olan insanlar. Onlar bunu necə bacardılar?

Date:

Paylaş:

Forex bazarında pul qazanmaq bütün treyderlərin ortaq arzusudur. Uğurlu əməliyyatlar etmək, investisiya risklərindən qorunmaq hətta zəngin olmaq isə qüsursuz bir hədəfdir. “Ən yaxşı olmaq istəyirsənsə, ən yaxşıların həyatını öyrənməlisən” fikrinə əsaslanaraq dünyanın ən məşhur və uğurlu forex sərmayəçilərini sizə təqdim edirik.

Bill Lipschutz

Forekslə zəngin olan insanlar

New Yorkda doğulan Lipschutz riyaziyyat fənnini həmişə əla oxuyan şagird olub. 1982-ci ildə maliyyəçi kimi magistr təhsili alıb. Səhmlər və forekslə bağlı tapdığı hər şeyi oxuduğunu və bundan çox böyük bir zövq aldığını söyləyir. 12 min dollar investisiya qoyaraq aldığı səhmlər bir neçə ay içində 250.000 dollara qədər yüksəlir. Lakin nizamsız işləməsi səbəbindən bütün qazandıqlarını itirir. Bu uğursuzluğun altından müvəfəqiyyətlə çıxmağı bacaran Lipschutz bazarın daha sabit forması olan forex investisiyalarına yönəlir və bu səfər valyuta sərmayələri etməyə başlayır. Qısa zamanda forex bazarının ən yaxşı sərmayəçilərindən biri olur. Bir il içində təkcə forex bazarında tək başına ümumi 300 milyon dollar investisiya etməyiylə tanınır.

Corc Soros

Forekslə zəngin olan insanlar

Maliyyə bazarının rekordlar qıran əfsanəsi Cors Soros eyni zamanda dünyanın ən varlı 15-ci insanıdır və böyük xeyriyyəçi kimi də tanınır. Şəxsi hesabından bir çox yardım fondlarına milyonlar ayıran bu məşhur forex ustası bircə əməliyyatla və bir gün içində 1 milyard dollar qazanıb. 1992-ci ildə baş verən böyük böhranda bu qazancı əldə etməsi “İngilis bankını dağıdan adam” kimi tanınmasına səbəb olub. Qiymətin dibə endiyi anda alıb yüksəyə qalxan zaman satan, yəni ilk Arbitraj edən adam kimi bilinən Sorosun 24 milyard dollar sərvəti var. Corc Sorosun həyatı haqqında Corc Soros kimdir? adlı məqaləmizdə oxuya bilərsiniz.

John R. Taylor

Forekslə zəngin olan insanlar

Princeton Universitetindən məzun olan Taylor Chemical Bankda maliyyəçi kimi işə başlayır. Cəmi bir il içində çox qabiliyyətli olduğunu sübut edən Taylor bankın forex investoru kimi işə davam edir. John forex haqqında güclü biliyə sahib olduğuna görə və pulu idarə etməyi bacardığına görə bankın ən sevimli işçisi olur. Eyni zamanda çox müvəffəqiyyətli bir investor olan John Taylor inkişaf etdirdiyi forex modelləri və online ticarət sistemləriylə investisiya texnologiyalarının ən bilikli insanlarından biri kimi qəbul edilir. Müvəffəqiyyət sirrini isə daim yenilik etməkdə və araşdırmaqda olduğunu deyir.

Andrew Krieger

Forekslə zəngin olan insanlar

Pennsilvaniya Universitetində təhsil alan Kriegerin şöhrətli bir investor olmasına səbəb Yeni Zelandiya dollarına (Kiwi) etdiyi investisiyalar oldu. Kiwiyə qarşı yüzlərlə qısa müddətli sərmayələrlə rekord məbləğdə mənfəət əldə etdi. Bu gün etdiyi investisiyalar Yeni Zelandiya hücumu olaraq xatırlansa da böhranı öz lehinə çevirən investor forex bazarının unudulmazları arasında yer almağı bacardı. Andrew Krieger müvəffəqiyyətin sirrini qısa müddətli və aqressiv investisiyalarında görür.

Foreksi daha rahat öyrənmək üçün Foreksi öyrənməyin 4 praktiki üsulu adlı yazımıza nəzər yetirin.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...