Əsas səhifə Xəbərlər Ümumi iqtisadi xəbərlər Foreksdə dollar ucuzlaşır

Foreksdə dollar ucuzlaşır

197
Paylaş

ABŞ-ın əmlak bazarından mənfi göstəricilər və dolların ucuzlaşması.

Beynəlxalq maliyyə bazarlarında Amerikanın daşınmaz əmlak bazarında satış dövriyyəsi ilə bağlı mənfi göstəricilərin yayımlanmasından sonra dolların aparıcı valyutalara nisbətən qiymətləri də ucuzlaşıb.

Məlumatların açıqlanmasından sonra Amerikanın fond bazarlarında 2%–lik ucuzlaşmanın reallaşması, Amerika Mərkəzi Bankının (FED) faiz artımı ehtimallarını da azaldır və beləliklə, dollara qarşı təzyiqlər də artır.

Avro 1.15$ və Funt 1.32$-a kimi bahalaşa bilər.

Belə ki, EUR/USD məzənnəsi 1.1360, GBP/USD məzənnəsi isə 1.2950$-a ticarət edilməkdədir. Avro 1.14$-ı da yuxarı istiqamətdə qırarsa, 1.15$, funt 1.30$-ı qırarsa, 1.32$-a kimi bahalaşa bilər.

Lirədə 5.43TL-yə kimi ucuzlaşma proqnozları.

Asiya bazarlarında isə dolların qiymətlərində bahalaşma müşahidə edilir. Belə ki, USD/TRY məzənnəsi 1.35TL-yə təklif edilir və 5.39TL-ni də yuxarı istiqamətdə qırarsa, bahalaşma 5.43TL-yə kimi sürətlənə bilər.

Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.