Ford şirkəti 2021-ci ilə qədər üç modeli ixtisara salmağı planlaşdırır. Bunlar, Ford S-Max və Galaxy minivenləri, həmçinin Mondeo modelidir. Bu üç modeli kross-universal əvəzləməlidir.
«Autocar» dərgisinin məlumatına görə, yeni modelin debütü Ford markasının minivenlər və iri hetçbeklər seqmentindən getməsi ilə nəticələnəcək. Subaru Outback modelinin üslubunda olması ehtimal edilən kross-universalın adı hələlik açıqlanmayıb. Bununla belə, yeni krossoverin satışlarının təkcə Avropada deyil, həm də Şimali Amerikada təşkil ediləcəyi məlumdur.

Ford markasından olan yeni kross-universalın əsasını dördüncü nəsil Focus modelinin və yeni Ford Kuga krossoverinin inşa edildiyi C2 modul platforması təşkil edəcəkdir.