Əsas səhifə Xəbərlər Xarici xəbərlər Ford Teslaya qarşı: şirkətlər elektropikapları yarışdırırlar

Ford Teslaya qarşı: şirkətlər elektropikapları yarışdırırlar

61
Paylaş

Tesla-nın rəhbəri Elon Musk yeni Cybertruck-un F-15 elektropikapına iplə dartmada necə qalib gəldiyini göstərib. Ford isə belə hesab edir ki, müqayisə düzgün aparılmayıb və yeni ədalətli bir yarış təklif edir.

 

Ford X bölməsinin rəhbəri Sanni Madra Twitter-də yazıb: “Salam, @elonmusk, Cybertruck-u bizə göndər və biz düzgün sınaq təşkil edəcəyik”. Musk isə cavabında razı olduğunu bildirib.

 

Qeyd edək ki, Cybertruck-un təqdimatında Musk daim Ford-u və digər avtomobil istehsalçılarını tez-tez məsxərəyə qoyaraq deyib: “ Sizə süni deyil, həqiqətən davamlı bir pikap lazımdır”.

Ford-un nümayəndəsi isə Business Insider-ə verdiyi rəydə bildirib ki, onlar başqalarının nə danışmasından və  nə etməsindən asılı olmayaraq hər zaman pikap alıcılarını məmnun etməyə çalışıblar.