Ford şirkəti 2023-cü ildə doqquz yeni avtomobil təqdim etməyi planlaşdırır

Date:

Paylaş:

Ford şirkəti Fiesta, Focus, Fusion və Taurus modellərinə məxsus olan yeri tutacaq yeni əlçatan modeli öz model xəttinə əlavə etmək niyyətindədir. Yeni modelin prototipini yaxın 12 ay ərzində təqdim etməlidirlər. Bundan başqa, amerikan markasının perspektiv modelləri siyahısında “qaynar” elektrik krossoveri də vardır.

Bir müddət bundan öncə adi minik avtomobillərinin buraxılışını dayandırdığını bildirən, krossover, pikap və başqa utilitar modellərin istehsalına üstünlük verəcəyini bildirən Ford şirkəti 2023-cü ildə  doqquz yeni avtomobil təqdim etməyi planlaşdırır. Onlarda yeddisi pikap və krossover olacaqdır. “Əlçatan” model isə, bazarda 2022-ci ildən öncə debüt etməyəcəkdir.

Ford şirkətinin planlarında Mustang Mach-E “qaynar” elektrik krossoverinin təqdimatı da vardır. Sonuncu CX430 zavoddaxili kod adı ilə məşhurdur və dördüncü nəsil Focus modelinin C2 platformasında inşa ediləcəkdir. Elektrokrossoverin çöhrəsində Mustang modelinin tanınan cəhətləri nəzərə çarpmalıdır. Enerji yükləmədən krossover 600 kilometr (WLTP) qət edəcəkdir.

Keçən il Ford şirkəti sedan və hetçbeklərin əksər hissəsindən krossover və pikapların xeyrinə imtina edəcəyini bildirmişdi. 2020-ci ilə minik avtomobillərindən yalnız Mustang və Focus Active qalmalıdır. Amerikan markasının model xəttinin 90 faizi pikap, krossover, utilitar və kommersiya nəqliyyat vasitələri ilə təmsil ediləcəkdir.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...