Əsas səhifə Xəbərlər Xarici biznes xəbərləri “Ford” şirkəti Rusiyadakı minik avtomobillər istehsalını dayandıracaq

“Ford” şirkəti Rusiyadakı minik avtomobillər istehsalını dayandıracaq

1492
Paylaş
Ford
Ford

“Ford” şirkəti bu ilin iyul ayınadək Rusiyadakı minik avtomobillər istehsalını dayandıracaq, bununla bağlı Naberejni Çelnı (Çallı, Tatarıstan) və Vsevoljsk (Leninqrad vilayəti) şəhərlərində yerləşən zavodlarını, habelə Alabuğa şəhərindəki (Tatarıstan) mühərriklər zavodunu bağlayacaq.

RİA Novostiya bildirir ki , biznesin təkmilləşdirilməsi tədbirləri çərçivəsində atılan bu addımlar xeyli sayda əməkdaşın işdən çıxarılmasına gətirib çıxaracaq, bu da ilk öncə “könüllü istefalar proqramı” çərçivəsində əlavə təzminatlar ödənilmək şərtilə həyata keçiriləcək.