Əsas səhifə Xəbərlər Xarici biznes xəbərləri “Ford” şirkəti Rusiyadakı diler mərkəzlərinin sayını üç dəfə azaltmaq fikrind’dir

“Ford” şirkəti Rusiyadakı diler mərkəzlərinin sayını üç dəfə azaltmaq fikrind’dir

143
Paylaş
Ford
Ford

“Ford” şirkəti Rusiya Federasiyasında avtomobillərin quraşdırılması üzrə zavodların bağlanmasından sonra bu ölkədəki diler mərkəzlərinin sayını üç dəfə azaltmaq niyyətindədir.

Bu barədə Rusiyanın Avtomobil Dilerləri Asossiasiyasının rəhbəri Oleq Moseev bildirib.

Məlumata görə, ticarət məntəqələrinin sayı 100-dən 30-a qədər azaldılacaq. Satış “Ford Transit ticarət maşınları vasitəsilə həyata keçiriləcək.

Qeyd edilir ki, digər ticarət mərkəzlərinin taleyi hələ ki, naməlumdur. Onların digər marka altında satışı istisna edilmir.

Məlumata görə, yaranmış vəziyyətdə dilerlərin bir hissəsi “Ford” şirkətindən təzminatların ödəniməsini tələb etmək niyyətindədir.