Əsas səhifə Biznes sahələri Avtomobil Ford şirkəti Kuga krossoverinin yeni modelini təqdim edib

Ford şirkəti Kuga krossoverinin yeni modelini təqdim edib

137
Paylaş

Ford şirkəti Kuga krossoverinin növbəti nəslini təqdim edib. Krossover yeni platformaya, Focus modelinin üslubunda dizayna, hibrid güc aqreqatlarına və transmissiyanın şaybası, ön paneldə «planşet» və rəqəmsal cihazlar paneli olan tam yeni interyerə sahib olub.

Yeni Ford Kuga modelinin əsasını dördüncü nəsil Focus ailəsinin inşa edildiyi C2 modul platforması təşkil edir. Kuzovun burulmaya qarşı sərtliyi 10 artıb, çəkisi isə, sələfinə nisbətən 90 kiloqram yüngülləşibdir. Yeni model sələfindən 89 millimetr (4613) uzun, 44 millimetr (1882) enli və 20 (1669) millimetr alcaqdır. Avtomobilin təkər bazası da 20 (2710) millimetr genişlənibdir.

Yeni Kuga krossoverinin salonu Focus modeli ilə bənzərdir – fərqlər qapı panelləri və oturacaqların hündürlüyündədir. Avtomobilin salonu da genişlənib: sərnizinlərin başı üzərindəki məkan öndə 13 millimetr, arxada isə 35 millimetr artıb. İkinci oturacaq cərgəsi qabağa və arxaya hərəkət edir ki, bu həm sərnişinlərin ayaq zonasındakı məkanın, həm də baqajın həcmini 67 litr arasında dəyişməsinə səbəb olur.

Ən vacib yeniliklərdən biri 12,3-düymlük virtual cihazlar panelidir. Avadanlıq siyahısında  8,0-düymlük ekranı olan Sync 3 multimedia sistemi, 10-dinamikli B&O səs sistemi, proyeksiya displeyi, aktiv səs-küy boğma sistemi və 10 qurğuluq Wi-Fi routeri var. Bundan başqa, model tərkibinə adaptiv kruiz-kontrol, piyadaları aşkarlama funksiyası olan avtomatik əyləcləmə sistemi, kor zonalara nəzarət, zolaqda saxlama və avtomatik uzaq işıqlar daxil olan Co-Pilot360 kompleksi ilə təchiz edilir. Nəhayət, modelin idman dekoruna malik olan ST-Line, həmçinin  dəri salonu və 20-düymlük təkər diksləri olan dəbdəbəli Vignale modifikasiyaları da mövcuddur.

Ford Kuga amerikan markasının üç hibrid versiyası olan ilk modelidir. Kuga EcoBlue Hybrid 150 at qüvvəli 2,0-litrlik EcoBlue turbodizeli ,48-voltluq startyor-generatoru və kiçik batareyası olan ən sadə «yumşaq» hibrid versiyasıdır. Modelin ortalama yanacaq sərfiyyatı 100 kilometrə 5 litrldir.

Kuga Hybrid və Kuga Plug-in Hybrid modifikasiyalarının Atkinson sikli ilə işləyən 2,5-litrlik benzin mühərriki, elektromotor və elektomexaniki variator ilə təchiz edilirlər. Qurğunun gücü 225 at qüvvəsidir. Qoşulan hibrid 14,4 kilovat-saatlıq litium ion batareyası ilə təchiz edilir. Batreyanə dörd saata doldurmaq mümkündür. Elektrik ötürməsi ilə hibrid krossover 50 kilometr qət edir. Yanacaq sərfiyyatı isə 100 kilometrə 1,2 litr olduğu iddia edilir. Adi hibrid başqa batareyaya malikdir və 100 kilometrə 5,6 litr yanacaq sərf edir.

 
 

Kuga modelinin mühərrik çeşidinə adi benzin və dizel mühərrikləri də daxil edilibdir.1,5-litrlik benzin mühərriki 120 və 150 at qüvvəsi, 1,5-litrlik dizel 120 at qüvvəsi, 2,0-litrlik dizael isə 190 at qüvvəsi hasil edir. Transmissiyalar 6-pilləli mexaniki və 8-diapazonlu avtomatik ötürmələr qutularıdır. Ötürmə öndən və ya tam çəkişli ola bilər.

Avropa bazarında yeni Ford Kuga dörd versiyada təklif ediləcəkdir: başlanğıc Trend, top – Titanium, və yuxarıda adlarını çəkdiyimiz ST-Line və Vignale.