Əsas səhifə Xəbərlər Xarici biznes xəbərləri “Ford” şirkəti avtomobil ehtiyat hissələrini McDonald’s-un qəhvə tullantılarından istehsal edəcək

“Ford” şirkəti avtomobil ehtiyat hissələrini McDonald’s-un qəhvə tullantılarından istehsal edəcək

71
Paylaş

Dünyanın ən böyük avtomobil istehsalçılarından biri olan “Ford” və McDonald’s şəbəkəsi qida tullantılarının istifadəsi sahəsində əməkdaşlıq edəcəklər. Qeyd edildiyi kimi, avtomobil korpus, fara və digər ehtiyat hissələrinin istehsalında qəhvə tumlarının qabığından istifadə etməyi planlaşdırır. Tullantılar plastik ilə qarışdırılaraq, müxtəlif formalara salınacaq.

Yeni material ehtiyat hissələrini 20%-dək yüngül edir və bu, yanacağa qənaət etmək imkanını verir. Qəhvə tullantılarından istifadə etməklə şirkət ehtiyat hissələrinin istehsalında xərclənən enerjini 25%-dək azaltmağı planlaşdırır.

Qeyd edək ki, bir korpus istehsal etmək üçün 300 min qəhvə tumu tələb olunur. 2018-ci ildə tək ABŞ-da təxminən 822 milyon fincan qəhvə satılıb.

“Şirkətin pomidor qabığı və tumu kimi tullantıların yəqin ki, çoxdur. Biz əminik ki, bundan da nə isə düzəldə bilərik”, – şirkətin nümayəndəsi qeyd edir.