Əsas səhifə Xəbərlər Xarici biznes xəbərləri “Ford”, elektromobil istehsalçısı Rivian-a 500 milyon dollar sərmayə qoyacaq

“Ford”, elektromobil istehsalçısı Rivian-a 500 milyon dollar sərmayə qoyacaq

144
Paylaş

Şirkətlər həmçinin, yeni elektromobilin təchizatı ilə də məşğul olacaqlar.

Şirkətdən verilən açıqlamaya görə, “Ford Motor” amerikan elektromobil istehsalçısı “Rivian”  500 milyon dollar sərmayə qoyacaq.

Əməkdaşlıq çərçivəsində “Ford”un rəhbəri Joe Henrix “Rivian”ın direktorlar şurasına da daxil olacaq.

Bundan başqa tərəflər “Ford” xəttindən olacaq, növbəti nəsil yeni elektromobillərin birgə istehsalı barədə razılığa gəliblər. Şirkət çevik “Rivian” platformasını istifadə edir, avtomobilin gələcəyi haqqında digər təfərrüatlar məlum deyil.

2009-cu ildə yaradılmış “Rivian”ı “Teslan”ın rəqibi hesab edirlər. Şirkət 2020-ci ilin sonuna pikap və yolsuzluq avtomobillərinin istehsalına başlamağı düşünür. Bu elektromobillər və həmçinin, “Ford”un istifadə edəcəyi platforma “Mitsubishi”nin İllinoysdakı keçmiş zavodunda olacaq.

“Rivian”ın digər investorları arasında “Amazon” internet-mağazası da var. 2019-cu ilin fevralında riteyler tərəfdaşları ilə birgə avtoistehsalçıya 700 milyon dollar sərmayə yatırıb.