Əsas səhifə Biznes sahələri Texnologiya “Ford” alış-veriş üçün avtomatik tormozlama sistemi olan araba təqdim edib

“Ford” alış-veriş üçün avtomatik tormozlama sistemi olan araba təqdim edib

117
Paylaş

“Ford” şirkəti supermarket üçün avtomatik tormozlama sistemi ilə təchiz olunan arabanın prototipini təqdim edib. Araba uşaqlarla alış-verişi daha təhlükəsiz etməyə imkan verir.

Şirkətin mütəxəssisləri tərəfindən yaradılan prototipə avtomobilin idarə olunması zamanı toqquşmaların qarşısını almağa kömək edən “Pre-Collision Assist” sisteminin analoqu quraşdırılıb. Radar və kameralardan daxil olan məlumatları analiz edən sistem yolda nəqliyyat vasitələrini, piyada və velosipedçiləri tanıyaraq xəbərdaredici siqnallar verir. Sürücünün buna reaksiya verməyəcəyi təqdirdə avtomatik tormozlamanı işə salır.

Araba da hərəkət zamanı məkanı skan edən ötürücü ilə təchiz edilib. İnsan və əşyaları identifikasiya edən sistem toqquşma təhlükəsi aşkarlayan zaman avtomatik dayanır.