Əsas səhifə Xəbərlər Xarici biznes xəbərləri Forbes biznes üçün ən yaxşı ölkələri seçdi. Azərbaycan 70-ci yerdədir

Forbes biznes üçün ən yaxşı ölkələri seçdi. Azərbaycan 70-ci yerdədir

286
Paylaş

Azərbaycan “Forbes” jurnalı tərəfindən tərtib edilmiş biznesin aparılması üçün ən yaxşı ölkələrin reytinqində (“Best Countries for Business”) 161 ölkə arasında 70-ci yeri tutub.

Reytinqə Böyük Britaniya başçılıq edir. Onun ardınca İsveç, Honkonq, Niderland, Yeni Zelandiya, Kanada, Danimarka, Sinqapur, Avstraliya və İsveçrə qərarlaşıblar.

MDB ölkələrinə gəlincə isə Azərbaycan yalnız Gürcüstan və Rusiyadan geridə qalıb.

Belə ki, list belədir – Gürcüstan 44-cü, Rusiya – 55-ci, Ermənistan 81-ci yeri, Qazaxıstan 87-ci, Belarus – 88-ci, Özbəkistan 105-ci, Tacikistan – 124-cü, Qırğızıstan isə 108-ci yeri turur.

TAM LİST ÜÇÜN LİNK