Forbes-in birincisi Jeff Bezos hansı avtomobillərdə gəzir?

Date:

Paylaş:

Forbes-in siyahısı çox sürətlə dəyişir, əslində buna ehtiyac yoxdur. Çünki, onsuz da bu siyahıya heç olmasa bir dəfə də olsa düşənləri planetin ən zəngin adamlarından biri hesab etmək olar. Hal-hazırda siyahıda birincilik Amazonun yaradıcısı Jeff Bezos-a məxsusdur.

Planetin bir çox zəngin adamları kimi o da orta məbləğli maşınlarda gəzməyin tərəfdarıdır, yetər ki, həmin avtomobillər onu “yarı yolda qoymasın”. Gəlin dünyanın bu ən zəngin adamının sevimli avtomobilləri və onların neçəyə başa gəlməsi ilə tanış olaq.

Chevrolet Blazer (1987)

Картинки по запросу Chevrolet Blazer (1987)

 

Amazon kimi iri korporasiyanın yaradıcısı üçün avtomobilin qiyməti deyil, onun ondan aldığı təəssürat və maşının üslubu önəmlidir. Bu məqam 20-ci əsrin sözügedən avtomobilinə də aiddir. Belə ki, Bezos onu ikinci əl avtomobil bazarından inanılmaz qiymətə alır və demək olar ki, elə o qədər qiymətə də yeniləyir. Əlbəttə, bu çoxdanın maşınından iş adamı artıq istifadə etmir, amma onu sərgi üçün əla bir nümunə kimi ehtiyatla qoruyub öz qarajında saxlayır və mütəmadi olaraq da ona qulluq edir. Xarakteristikasından bəhs etməyə isə dəyməz, çünki müasir bahalı maşınlarla müqayisədə onlar artıq çox köhnəliblər.

Honda Accord

Картинки по запросу honda аккорд

 

Bu avtomobil də bu yaxınlarda ictimaiyyətə özünü onunla təqdim etdiyi ən tanınmış maşınlarından biridir. Belə bir zəngin adamı belə sadə bir maşında görən hər kəs heyrətə gəlmişdi. Amma bundan əvvəlki nümunə ilə müqayisədə onun maraqlı xarakteristikası var – 268 at gücü olan əla brend motor. Mühərrikinin yanacaq çəninin həcmi 2,5 litr-dir. Jeff Bezos üçün bu avtomobil nəhayət ki, daha ucuzunu alana kimi ideal birisi olaraq qaldı.

Porsche 718 BOXSTER

Картинки по запросу порш кабриолет

Bu maşın biznesmenin qarajında xüsusi yer tutur. Qeyd edək ki, Jeff Bezos bu maşını məhşur alman brendindən hədiyyə olaraq alıb. Bu maşın şirkətin yeni işlərinin sərgisində nümayiş olunmuşdu və orada  məhz bu avtomobil Bezos-un çox xoşuna gəlmişdi. Buna görə də Porsche-də belə bir işarəni diqqətdən kənar qoya bilmədilər və avtomobili oan hədiyyə  etdilər. Mühərriki 350 at gücünə malik olan bu maşın cəmi 4 saniyəyə 100 km sürət yığa bilir. Jeff hədiyyədən məmnun qalmışdı.

 

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...