Forbes 2018-ci ilin ən yüksək ödənişli musiqiçilərini müəyyən etdi

Date:

Paylaş:

Üçlüyün birinci pilləsində U2 qrupu dayanır. Joshua Tree-in otuzuncu ildönümünə həsr olunmuş tur sayəsində, İrlandiya musiqiçiləri $ 316 milyon dollar qazana bildi.

Amerikanın Forbes jurnalı dünyada ən yüksək ödənişli musiqiçilərin illik reytinqini nəşr etdi. İlk sıradakı İrlandiyanın U2 qrupu $316 milyon qazandı və bu, əsasən, eyni adlı albomun otuzuncu ildönümünə həsr olunmuş Joshua Tree beynəlxalq turnesi hesabına baş tutdu. Bu  üçlüyə, həmçinin, il ərzində  təxminən $115 milyon  qazanmış İngilis Coldplay qrupu da daxil oldu. Onların beş qitəni əhatə edən “A Head Full Of Dreams Tour” u iki ildir ki, onlara ən azı yarım milyard dollar gətirib və onları  tarixin ən uğurlu pop – musiqilərindən birinə çevirdi. Reytinqin üçüncü sırasında isə illik $110 milyon qazanc əldə edən  britaniyalı müsiqiçi Ed Şiran oldu.

Keçən il ilə müqayisədə reytinqə daxil olan müsiqiçilər tamamilə fərqlidir. Keçən il  repçi Diddy ($110milyon), Beyonce ($105 milyon) və repçi Drake ( $94 milon) liderlər sırasında olmuşdular.

Caty Perry ($83 milyon), Taylor Swift ($80 milyon), Jay-Z ($76,5 milyon), Guns N ‘Roses ($71 milyon), Roger Waters ($68 milyon) Diddy (64 milyon dollar) də bu il ən yüksək ödənişli ilk 10 musiqiçi siyahısına düşdü.

Bu il yalnız  ən yüksək ödənişli musiqiçilərin gəliri 886$ milyon təşkil etmişdir, bu isə ötənilki reytinqin bütün iştirakçıların  (24 mövqe) qazancını təşkil edir.

Forbes musiqiçilərin 2017-ci ilin iyun ayından 2018-ci ilədək gəlirlərini hesabladı.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...