Forbes 2018-ci ilin ən çox qazanan aktyorunu açıqladı

Date:

Paylaş:

Corc Kluni “Forbes”in versiyasına görə, 2018-ci ilin ən yüksəkmaaşlı aktyoru olub. O, 2017-ci ilin iyun ayından cari ilin analoji dövrünə qədər olan müddət ərzində 239 milyon dollar qazanıb.

RİA “Novosti”yə istinadən, bu barədə jurnalın saytında məlumat yerləşdirilib.

Nəşrin yazdığına görə, Kluninin gəlirlərini, onun aktyorluq işi ilə yanaşı, bir milyard dollara yaratdığı “Casamigos Tequila” şirkətinin tekila satışından əldə etdiyi vəsait də artırıb.

2017-ci ildə “Forbes”in reytinqində birinci yeri Mark Uolberq tutub. Həmin vaxt onun illik gəliri 68 milyon dollar təşkil edib.

2018-ci ilin ən yüksək ödənişli aktyorları arasında ikinci yeri Dueyn Conson tutur. O, göstərilən dövr ərzində 124 mln. dollar qazanıb. Aktyorun ötən ildən bu yana gəlirlərini ikiqat artırdığı bildirilir. Liderlər üçlüyünü ilə 81 mln. dollar qazanan Kiçik Robert Dauni qapayıb.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...