“Forbes” jurnalı ən yüksək qonorar alan aktyorların siyahısını açıqlayıb.
Siyahıya “Forsaj” filminin ulduzu Dueyn Conson başçılıq edir.
O, 2018-ci ilin iyun ayından 2019-cu ilin iyun ayınadək 89,4 milyon dollar qazanıb. İkinci sırada Robert Daunidir. O, 66 milyon dollar gəlir əldə edib. 3-cü sırada qərarlaşan Kris Xemsvortun qazancı isə 62,9 milyon dollar olub.
4-cü Aşkay Kumar (65 milyon dollar), 5-ci isə Ceki Çandır (57 milyon dollar). Növbəti yerləri bölüşdürən Bredli Kuper və Adam Sendler hərəyə 57 milyon dollar qazanıblar. Kris Evans 43,5 milyon dollar, Pol Radd 42 milyon dollar, Uill Smit isə 35 milyon dollar qazanıblar.