Forbes jurnalı 2018-ci ilin nəticələrinə görə dünyanın ən iri 1999 şirkətinin reytinqini təqdim edib – Forbes Global 2000.
İlk yeri Çinin “ICBC” bankı tutub, onun bazar dəyəri 305,1 milyard dollar, aktivləri 4,03 trilyon dollar, gəlir isə 45,2 milyard dollardır.
Forbes reytinqi dörd əsas göstəriciyə əsasən hazırlayıb : satış, gəlirlər,aktivlər və şirkətlərin bazar dəyəri.
İlk onluğa düşənlər:
- ”ICBC” (Çin);
- “JP Morgan Chase” (ABŞ);
- “China Construction Bank” (Çin);
- “Agricultural Bank of China” (Çin);
- “Bank of America” (ABŞ);
- “Apple” (ABŞ);
- “Ping An Insurance Group” (Çin);
- “Bank of China” (Çin);
- “Royal Dutch Shell” (Niderland);
- “Wells Fargo” (ABŞ).
Reytinqdə ABŞ-dan yalnız 575, Çindən 331, Yaponiyadan 232, Böyük Britaniyadan 81, Fransadan 59 və Almaniyadan 53 şirkət var.
Reytinqə Rusiyadan da şirkətlər düşüb. Ən yüksək yeri “Qazprom” əldə edib ( 40-cı yer).
Ukrayna şirkətləri isə siyahıda yer almayıb.