Forbes-ə görə 2019-cu ilin dünya üzrə ən bahalı brendləri

Date:

Paylaş:

Forbes dünyanın ən bahalı brendlərinin illik reytinqni tərtib edib.”Apple” ardıcıl olaraq doqquzuncu dəfədir ki, reytinqə başçılıq edir. “iPhone” istehsalçısı şirkət tarixində birinci olub və onu  brendi 200 milyard dollardan yüksək qiymətləndirilib.

Forbes-ə görə ən bahalı brendlərin top 10-luğu
# Brend qiymətləndirmə dinamika Gəlir
1 Apple 205,5 milyard dollar 12% 265,8 milyard dollar
2 Google 167,7 milyard dollar 27% 136,2 milyard dollar
3 Microsoft 125,3 milyard dollar 20% 110,2 milyard dollar
4 Amazon 97 milyard dollar 37% 211,4 milyard dollar
5 Facebook 88,9 milyard dollar -6% 48,8 milyard dollar
6 Coca-Cola 59,2milyard dollar 3% 23,8 milyard dollar
7 Samsung 53,1 milyard dollar 11% 221,6 milyard dollar
8 Disney 52,2 milyard dollar 10% 33,8 milyard dollar
9 Toyota 44,6 milyard dollar 0% 190,8 milyard dollar
10 McDonald’s 43,8 milyard dollar 6% 96,1 milyard dollar

Son rüblərdə iPhone satışları xüsusilə də Çində azalıb və burada onu rəqib “Huawei Technologies” və “Xiaomi” şirkətlərinin daha ucuz smartfonları üstələyib. Son üç ay ərzində “Apple”-ın smartfon satışından əldə etdiyi gəlir 17% enərək 31 milyard dollara çatıb, lakin hesabatın dərcindən sonra aksiyalar 5% artdı. Bunun əas səbəblərindən biri xidmət satışlarından gələn rekord gəlirdədir.Bu biznes, App Store, Apple Pay, iTunes, bulud xidmətləri və bir çoxlarını özündə daşıyır. Hal-hazırda bu, iPhone-dan sonra Apple üçün həcminə görə ikinci ən böyük seqmentdir. Keçən il o, şirkətə 37 milyard dollar gəlir gətirib. Morgan Stanley gözləyir ki, bu göstərici 2023-cü ildə 100 milyard dollara çatacaq. Proqnoz edilən artım “Apple” brendinin gücündən xəbər verir.

“Apple” artıq ardıcıl olaraq doqquzuncu dəfədir ki, dünyanın ən bahalı brendlərinin illik reytinqinə başçılıq edir. Texnogiqantın brendi 205,5 milyard dollardır və bu, keçən illə müqayisədə 12% çoxdur. Bundan başqa, tarixdə ilk dəfə olaraq brendin qiymətləndirilməsi 200 milyard dollarlıq göstəricini keçib.

“Apple” öz müştəri bazasını bir məhsul kateqoriyasından digərinə rahatlıqla dəyişir. Mac istifadəçiləri öz vaxtlarında iPod-u qəbul ediblər, lakin sonra isə iPhone, iPad və Apple Watch-u. Müştərilər  inanırlar ki, brend “Apple” “ekosistemi” daxilində bütün kateqoriyalarda məhdud şəkildə fəaliyyət göstərəcək və bu, Kupertinoda yaradılmış şirkəti dünya üzrə ən bahalı biri olmasına kömək edib. Xidmət satışı  şirkət və brend üçün yeni mərhələdir.

“Apple” hələ ki yüksəkdədir, lakin “Google” iri adadımlarla ona doğru irəliləyir. Bu brend 167,7 milyard dollar qiymətləndirilir və bu keçən ilə nəzərən 27% çoxdur. Dörd il bundan qabaq “Apple” və hamıya tanış olan axtarış sistemi brendlərinin dəyər qiymətləndirilməsi fərqi iki dəfədən çox olub.

StatCounter-ə görə, “Google” son 12 ayda 92% pay əldə etməklə dünya üzrə axtarış sistemləri bazarının birincisi olub ( Bing və Yahoo müvafiq olaraq 2,6% və 1,9% pay əldə ediblər). “Google” da istifadəçilərin gündəlik həyatının digər sahələrinə keçid etmək üçün “Apple” kimi öz brendindən istifadə edib – poçtdan tutmuş veb-serfinqə kimi, kartdan tutmuş bulud yaddaşına kimi.

Dünyanın bir çox istehlakçı brendlərinin müştərilərin dəyişən zövqləri ilə ayaqlaşdığı bir vaxtda, İnformasiya Texnolgiyaları brendləri reytinqin birincisi olaraq qalmaqdadırlar. “Microsoft” ( 123,5 milyard dollar) və “Amzon” ( 97milyard dollar) brendləri top 4-lüyü tamamlayırlar. Bir il ərzində iki brendin dəyəri 20%-dən çox artıb.

Son 12 ayda mövqeyini dəyişən yeganə İT brend isə “Facebook” olub, belə ki, o beşinci yeri tutub. Top 10-luqdan ancaq bu brendin dəyəri enərək təxminən 88,9 milyard dollar olub və bu da keçən ilki ilə müqayisədə 6% aşağıdır. Bu il fəal “Facebook” istifadəçilərinin sayı 2,4 milyarda çatıb, lakin brend sosial şəbəkəyə olan etibar şəxsi məlumatların qorunması, gizlilik siyasəti və saxta xəbərlər ətrafında münaqişələrə görə azalıb.

İT bazarınada ən dəyərli brend “Coca-Cola” olub. Onun brendi 59,2 milyard dollar dəyərləndirilir və bu da keçən illə müqayisədə 3% çoxdur. Ümumi reytinqdə “Coca-Cola”-nın yeri altıncıdır.

Brendlər rəqəmlərdə

100 ən bahalı brendin ümumi dəyəri 2,33 trilyon dollar təşkil edir. Bu keçən ilə baxanda 8% çoxdur. Ən sürətlə bahalaşanlar İT- brendlərdir, öndə “Amazon” brendi gəlir, onun dəyəri 37% artaraq 97 milyard dollara çatıb. Yaxşı göstərici həmçinin, “Netflix”-ə ( +34%), “Goole”-a(+27%) və “Adobe”-a (+27%) aiddir. “H&M” hamsından çx ziyana düşüb – onun dəyəri 12% enərək 11,5 milyard dollar olub. İsveçin pərakəndə şəbəkəsi keçən il çətinliklərlə üzləşib və artıq ehtiyatlardan qurtulmaq üçün geyimlərin qiymətini aşağı salmağa məcbur olub. 20-dən çox brendin, eyni zamanda “ESPN” (- 10%), “GE” (-8%) və “Hyundai”-ın (-8%) dəyəri aşağı düşüb.

Ən yaxşıların yüzlüyündən 56 brend  və top 10-luqdan 80% amerikan şirkətlərinə aiddir. Bu siyahıyda növbəti olaraq, Almaniya (11 brend), Fransa (7) və Yaponiya (6) gəlir. Son olaraq reytinqə 16 ölkədən brendlər daxil edilib.

İT- brendlərin yüksələn xətti üzrə, reytinqdə ən təmsil olunan sahələr maliyyə xidmətləri (13), avtomobil sənayesi (11), paketləşmiş istehlak malları (10) və pərakəndə ticarət sahələridir.

Metodologiya

Əvvəlcə biz 200-dən çox korporativ və produktiv beynəlxalq brendi araşdırdıq. Yalnız ABŞ- da olan brendlər nəzərdən keçirildi, buna görə seçimə beynəlxalq telekommunikasiya operatoru “Vodafone” və Çinin nəhəng elektron ticarəti “Alibaba”  kimi iri brendlər daxil edilməyib.

Birinci mərhələdə biz brendlərin hər birindən gəlir və mənfəət müəyyən etdik. Bu məlumatları şirkətlərin hesabatlarından,Wall-street araşdırmalarından və sahələrin ekspertlərindən əldə etmişik. Forbes son üç il ərzində faiz və vergilər (EBIT) hesabı ilə orta gəlirlilik göstəricisini hesablayıb və brendin istifadə olunan kapitalının gəlirindən 8% çıxıb və bunu da belə hesab edirdi ki, standart brend bu kapitaldan ən azı 8% gəlir gəlir gətirməlidir.

Forbes ölkədə xalis mənfəətin bu göstəricisinə görə ana şirkət tərəfindən əsası qoyulan gəlir vergisi dərəcəsini tətbiq etdi. Sonra biz bu məbləğdən brendin hesabına paylar ayırdıq və bu hımin brendlərin müxtəlif sahələr üzrə hansı rolu oynamaqlarına əsasən edildi. Brendlər içki və lyüks predmetlər üçün böyük əhəmiyyət daşıyırlar, lakin hava yolları və yanacağa gəldikdə isə, onlar elə də əhəmiyyət daşımırlar, belə ki. bunlarda qiymət və rahatlıq önəmlidir.

Brenddən gələn xalis mənfəət göstəricisinə,brendin yekun dəyərini əldə etmək üçün son üç ildə ortalama qiymət/mənfəət multiplikatorunu tətbiq etdik. Xüsusi şirkətlər üçün biz müqayisə edilən ictimai şirkətlər üçün hesablanan mənfəət multiplikatorunu istifadə etdik.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...