20 il bundan qabaq bu texnologiya inqilabi sayılırdı. Söhbət Flash (əvvəlcə Macromedia Flash, sonra isə Adobe Flash) texnologiyasından gedir.
Bildirək ki, onu artıq HTML əvəz edir. Bəs bu niyə belə olmalı idi? Səbəb o zaman demək olar ki, heç yerdə olmayan səsli animasiyalar idi. HTML-də onları yaratmaq çətin idi, amma Flash-də istifadəçinin də interaktiv iştirakı ilə tam cizgi filmi düzəltmək mümkün olurdu. 2000-ci ilin əvvəllərində tam Flash istifadəli saytların sayı çox idi. O zamanki kompüterlərin sürətlə işləməsi artıq bəs edirdi və Flash cizgilərinin şöhrəti qarşısıalınmaz idi.
Sonra 2005-ci ildə tanınmış Adobe Flash və Macromedia-nı alır. O zaman Flash istifadəli saytların sayı onsuz da çox deyildi və bir zamanlar ümumiyyətlə Flash istifadə edən saytların da artıq sayı azalmağa başladı.Veb-masterlər güvənli alət kimi HTML-i üstün tutdular və lazım gələrsə onda da səsli animasiyaların olmasına çalışdılar. Flash-in internetdəki ən böyük mənfi tərəfi ondan ibarət idi ki, “axtarış hörümçəkləri” hələ də onu indeksləşdirməyi (texnologiya özü adekvat bir yol göstərmir) öyrənməmişdilər.
Reallıqda animasiyalar heç kimə lazım deyildi. Sadə HTML saytının əllə “qeyd dəftərçəsi”də hazırlanmasının mümkün ola bildiyi bir halda, Flash üçün tam bir dizayn yükləmək lazım gəlirdi.
YouTube-un da HTML5 imkanları naminə Flash-dən imtina etməsi ilə onun demək olar ki, tam sonu gəlir. HTML5-də video və animasiyaların birbaşa sayta inteqrasiya olunması asanlaşdırıldı.
O zaman Adobe Flash-i kod sistemi ilə yıxmışdı – hər yeni versiyada 100500 dəlik aşkara çıxırdı, onların aradan qaldırılması zamanı isə daha 100500 dəlik əmələ gəlirdi.