“Fl Trans” şirkətinin cərimələnməsi barədə qərar ləğv edilib

Date:

Paylaş:

Bakı Apelyasiya Məhkəməsində “Fl Trans” MMC-nin 82260 Rusiya rublu (təxminən, 2115 manat) məbləğində cərimə edilməsi barədə məhkəmə qərarından verilmiş apelyasiya şikayətinə baxılıb.

“Report”un xəbərinə görə, hakim Mirzəli Abbasovun sədrliyi ilə keçirilən iclasda qərar elan edilib.

Qərara əsasən, Qaradağ Rayon Məhkəməsinin qərarı ləğv edilib və iş üzrə icraata xitam verilib.

Qeyd edək ki, birinci instansiya məhkəməsi Maliyyə Bazarlarına Nəzarət Palatasının şirkət barədə İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə) maddəsi ilə tərtib etdiyi protokola əsasən qərar çıxarmışdı.

Bu inzibati xətaya görə, hüquqi şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaitinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir.

Qeyd edək ki, “Fl Trans” MMC Rusiyadan “Ессентуки №4” və “Ессентуки №17” mineral sularının tədarükünü həyata keçirən şirkətdir.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...