Əsas səhifə Xəbərlər Yerli biznes xəbərləri Fiziki şəxslər üçün Gömrükdən yeni qayda

Fiziki şəxslər üçün Gömrükdən yeni qayda

107
Paylaş

Azərbaycan Respublikası Nazirlər Kabineti (NK) “Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi Qaydaları”nda dəyişiklik edib.

Bunu Baş nazir Novruz Məmmədov imzalayıb.

NK-nin 2014-cü il 22 iyul tarixli 263 nömrəli Qərarı ilə təsdiq edilmiş “Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi Qaydaları”nda aşağıdakı dəyişikliklər edilib:

1. 10-cu hissə, yəni, Qısa idxal bəyannaməsinin verildiyi hallar ləğv edilib.

2. 13.1-ci bənd aşağıdakı redaksiyada verilib:

 “13.1. Fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi halları istisna olmaqla, mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilir. Qısa idxal bəyannaməsinin verilməməsi bəyannaməçinin inzibati məsuliyyətinə səbəb olur, lakin gömrük rəsmiləşdirilməsinin və malların buraxılışının həyata keçirilməsinə mane olmur.”