Əsas səhifə Biznes Biznes ideyalar Fizik və onun 11yaşlı oğlu 3D-printerdə Lamborghini-nin surətini çıxarıblar

Fizik və onun 11yaşlı oğlu 3D-printerdə Lamborghini-nin surətini çıxarıblar

255
Paylaş

Amerikadan olan lazer fiziki Sterling Backus oğlu ilə birgə  Lamborghini modelinin 3D-printerdə surətini çıxarmaq qərarına gəliblər. Nəticədə modelin etibarlı və işlək bir nüsxəsi əmələ gəlib.

Backus KMLabs-da, Koloradoda elmi işlərə rəhbərlik edir. Bu barədə Atoblog xəbər verir. Onun 11 yaşlı oğlu Forza oyununda Lamborghini Aventador maşını sürəndə atasına belə bir model maşın hazırlamaq barədə təklifini bildirir. Atası da bu model maşının surətini çıxarıb onu yığmağı sınaqdan keçirmək qərarına gəlir.

Onlar bu model nüsxəsinin layihəsini İnterceptor adlandırıblar və   Facebook-da onun mərhələlərindən bəhs ediblər. Onların layihəni gerçəkləşdirmək üçün 20 000 dollar pulları olub. Polad karkası (gövdə) Backus özü hazırlayır, LS1 V8 mühərrikini isə özünün “Corvette”maşınından götürür.

GrabCAD  onlayn-icmasından model üçün çertyojlar tapır və onları 3D-surət üçün dəyişir.

Layihə texnoloji cəhətdən rahat olmayıb. Məsələn, məlum olub ki, 3D-surət üçün istifadə olunan plastic günün altında əriyir. Buna görə də fizik, dəstin hissələri üçün karbon lif örtüyündən istifadə etmək qərarına gəlir və sonra onun da üzərini epoksi qətranı ( yapışqan növü ) ilə örtür.

Ata və oğul supermaşını, onun hissələrinin Creality CR-10 105 printerində surətini çıxararaq tədricən yığırlar. Hava alanlardan birinin surəti üçün 52 saat vaxt lazım gəlib.