Fırlanan kameraya malik “Galaxy A80” smartfonunu təqdim edildi

Date:

Paylaş:

“Samsung Electronics” şirkəti irəli çəkilən və fırlanan kameraya malik “Galaxy A80” smartfonunu təqdim edib.
 
48 meqapiksellik əsas kamera həm gündüz, həm də gecələr parlaq fotoşəkillər çəkir. Həmçinin cihaza 123 dərəcəlik baxış bucağına malik 8 meqapiksellik ultrageniş modul quraşdırılıb.
 
“Galaxy A80” aparatı “Full HD+” (1080×2400 piksel) təsvir ölçülü 6,7 düymlük “Super AMOLED” displeylə təchiz edilib, barmaq izi skaneri birbaşa ekrana inteqrasiya edilib. 3700 milliamper/saat tutumunda akkumulyator 25 vatt gücündə sürətli enerjidoldurma texnologiyasına malikdir. Bundan başqa, smartfon “Snapdragon 675” prosessoru, 8 QB əməli yaddaş və 128 QB daxili fləş yaddaşla təchiz edilib. Yaddaşın kart vasitəsilə artırılması imkanı nəzərdə tutulmayıb.
 
Smartfon “Android 9.0 Pie” əməliyyat sisteminin idarəetməsi altında işləyir. “Samsung Pay” (NFC+MST) mobil ödəniş sistemi dəstəklənir.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...