Firefox parolu sındırılmış istifadəçiləri bu barədə məlumatlandıracaq

Date:

Paylaş:

Bleeping Computer yazır ki, Firefox-un 70-ci versiyasından başlamaqla Mozilla, brauzerin istifadəçilərinin parolları sındırılmış parollar bazasına düşərsə, onları bu barədə xəbərdar etmiş olacaq.

“Mozilla” bu funksiyanı Have I Been Pwned resursu ilə birgə quracaq. O, istifadəçilərin ələ keçirilmiş poçt qutularının və parolların bazasını özündə daşıyır. “Firefox” brauzerdə qorunan hesab göstəricilərini skan edəcək. Onlar Have I Been Pwned  siyahılarına düşərlərsə, “Firefox” istifadəçiyə bunu bildirəcək və ona həmin göstəriciləri dəyişməyi təklif edəcək.

Qorunan sındırılmış loqinlə birgə, “Firefox Lockwise” parollar menecerində nida işarəli üçbucaq ikonu da görünəcək. Loqinin üzərinə basanda parolun oğurlanması barədə yazılı panel açılacaq. Lakin funksiya yalnız sındırılma hallarında işləyəcək.

“Mozilla” həmçinin istifadəçinin loqini də daxil olmaqla oğurlanmış məlumatların say statistikasını göstərən xüsusi hesabat da buraxacaq. Ona about: protections ünvanından baxmaq mümkün olacaq.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...