Britaniyanın fintech-şirkəti Revolut, komissiyasız səhmlər alqı-satqısı imkanı yaradan xidməti təqdim edib. Bu barədə TechCrunch xəbər verir. Hissə-hissə pay almaq imkanı bu onlayn-birjanın yeniliyidir. Bir brokerin minimal səhm məbləği yeni birjada 1 dollara bərabərdir.
Yeni xidmət Revolut Metal kart sahibləri üçün keçərlidir və xidmət haqqı aylıq 12,99 funt sterlinqdir. Aylıq 100 əməliyyat pulsuzdur, sonra isə haqq tutulacaq – hər əməliyyatdan 1 funt sterlinq. Revolut qeyd edir ki, beta-sınaq mərhələsində komissiya fəaliyyət göstərməyəcək.
Revolut bir qədər sonra digər tarif planı istifadəçiləri üçün də keçərli olacaq. Revolut Premium müştəriləri ayda səkkiz əməliyyat həyata keçirmək imkanı qazanacaqlar, pulsuz tarif müştəriləri isə ayda üç əməliyyat.