Finlandiyada kağız sənayesində işləyənlər tətillərə başlayıb. Onların sayı 8 min nəfərdir.
İşəgötürənlər birliyi ilə iş şəraiti barədə aparılan danışıqların uğursuz nəticələnməsindən sonra kağız sənayesində işləyənlər tətilə başlamaq qərarını veriblər.
Tərəflər arasında əsas fikir ayrılığı rəqabət qabiliyyətini artırmaq üçün elan olunan tədbirlər çərçivəsində təqdim olunan aylıq əlavə 24 saatlıq iş cədvəli ilə bağlıdır. İşçilər əlavə iş saatlarının ləğv olunmasını istəyirlər, ya da bu iş saatlarına görə maddi kompensasiya tələb edirlər, lakin işəgötürənlər bu tələblərlə razılaşmırlar.
Qeyd edək ki, Finlandiya iqtisadiyyatında kağız və meşə sənayesi önəmli yer tutur. Tətilin fevralın 17-dək davam edəcəyi nəzərə alınsa, bunun ölkə iqtisadiyyatına böyük zərər vuracağını demək olar.