“Financial Times” beynəlxalq işgüzar qəzeti ABŞ-ın IT nəhəngi “Microsoft Corp.”un baş direktoru Satya Nadellanı şirkətdəki xidmətlərinə və texnologiya sahəsindəki maqnatlar arasındakı xüsusi yerinə görə ilin adamı seçib.
Bu barədə nəşrin saytında məlumat verilib.
“Noyabrın sonunda “Microsoft” səhmdarlarının Nadellanın postda olduğu dövr ərzindəki ümumi mənfəəti 1 trilyon dolları keçdi. Bunu onun “Microsoft”un üçüncü icraçı direktoru olduğu zamanla müqayisə edin. O zaman proqram təminatı istehsalçısı olan şirkət texnologiya baxımından yararsız hala düşəcək kimi görünürdü”, – qəzet yazıb.