Türklər demişkən, şans qapını bircə dəfə döyər. Bizə də düşən vəzifə ondan maksimum istifadə etməkdir. Ümumiyyətlə biznes ehtimalları və fürsətləri bir-birindən ayırd etməyimizə köməklik göstərən bir sahədir. Gəlin etiraf edək ki, hər insanın öz xəyallarını gerçəkləşdirmək, öz-özünü maliyyələşdirmək üçün ömründə bir dəfə belə olsa biznes qurmaq haqqında düşünür. Biznes xəyallarımızın arxasınca düşməyə, qəlbimizin səsini dinləyib istədiyinizi həyata keçirmək üçün hiss etdiyimiz həvəsdir. Lakin halva-halva deməklə ağız şirin olmur. Xəyallarımızı həyata keçirtmək üçün risk almalıyıq, risksiz biznes olmur. Halbuki risk almaq da göründüyü kimi asan deyil.
Biznes sadəcə bir söz deyil, yaşam tərzi, mədəniyyət və alışqanlıqdır. Amma qəbul edək ki, heç kəs ana bətnindən biznesmen kimi dünyaya gəlmir. Təcrübənin olub-olmamasından asılı olaraq biznes qurarkən qarşımıza uğurlu və uğursuz hadisələr çıxacaqdır. Məsələ budur ki, uğur uğursuzluğun açarıdır, ona görə də hər bir biznesmen uğursuzluq yaşayarkən oturub ağlamağı deyil, yüksəlməyi seçmişdir.
İndiki əsr biznes əsridir, yəni yenilik və müasirlik dövrüdür. Planetdə öz fikirlərini həyata keçirib, uğurlu olmuş çoxlu biznesmen mövcuddur. Həyatımıza daima çətinliklər çıxacaqdır, onlarla mübarizənin tək yolu var, çətinliyə qarşı silahlanmaq. Banco.az kollektivi şənbə günü ənənəsinə sadiq qalaraq, sizə həm motivasiya verəcək, həm də biznesdə bəzi dərslər öyrədəcək 7 filmin siyahısını tutmuşdur. Yaxşı seyirlər 🙂
1) SOCİAL NETWORK (2010)
Əgər Facebook ideyası sizdən çıxsaydı , Facebooku çoxdan ixtira edərdiniz.
Ümumiyyətlə qarşınızdakı şəxslər sizin fikrinizin original olmadığını söyləycəklər. İdeyalar hər zaman bir-birindən fərqli olduğuna inandırılan eyni fikirlər olur. Sizin ideyanızı kimsə əvvəl düşünüb, lakin onu həyata keçirmək üçün nə özünə inamı nə də ki cəsarəti olmayıb. Əgər qəlbinizin səsini dinləyib, yetərincə özünə inamlı və inadkar olsaz uğur qazanacaqsınız.
2) The Pursuit of Happyness (2006)
Bir daha heç kəsin sənə bir şey edə bilməyəcəyini söyləməsinə icazə vermə, hətta mənə belə. Bir xəyalın varsa, ardınca get. İnsanlar özlərinin edə bilmədiklərini, sənin də edə bilməyəcəklərini deyərlər. Bir şeyi istəyirsənsə, ondan əl çəkmə. Get və al . Bu qədər.
İnsanlar nəyisə əldə edə bilməyəndə bəxtlərini və ya şəraiti günahlandırarlar, lakin uğur bunlarla ölçülməməlidir. Nə əkərsəniz, onu da biçərsiniz. Uğur da belədir. Uğur zəhmət, qərarlılıq və iradənin güzgüdəki əksidir. Siz hər şeyi nəzarətdə saxlaya bilməzsiniz, lakin məqsədinizə çatmanız üçün lazım olanları etməlisiniz və bunları təkrarlamalısınız. Daima irəliləməyə davam edin.
3) The Wolf of Wall Street (2013)
Hədəflərinlə sənin aranda qalan tək şey, özünə niyə bacara bilməyəcəyini anlatdığın o yalan hekayələrdir.
Uğurlu olmamaq üçün bəhanələrdən əl çəkin. Bunun yerinə yenə cəhd edin, yenə uğursuz olun, amma yenə cəhd edin. Heç vaxt cəhd etməkdən əl çəkməyin. Yeni yollar tapın, yeni metodlar fikirləşin, yolunuzu dəyişdirin amma hədəfinizi dəyişdirməyin. Siz dünyanın ən ali varlığısınız, həyatdan istədiyinizi həmişə alacaqsınız. Qaydalara uyğun hərəkət etməyin, düşünməyin ötəsində düşünün.
4) The Godfather (1972)
Ona rədd edməyəcəyi bir təklif təqdim edəcəm.
Ətrafınızı güclü insanlardan təşkil edin, pis vaxtlarda yanınızda olacaq bir kütlə yaradın. Düşüncəsiz davranmayın, duyğunlarınızın qərarlarınıza təsir etməsinə icazə verməyin. Nə istədiyiniz mövzunda qərarlı olun. Rəqiblərinizi zəif görməyin, həmlələrinizi müəyyən edin, həddinizi bilin, hər zaman onlardan öndə olmağa çalışın.
5) Jobs (2013)
Dünyanı dəyişdirə biləcək insanlar, onu dəyişdirə biləcək qədər dəli olmalıdır.
Xəyal gücünüzü məhdudlaşdırmayın. Böyük düşünüb , böyük oynayın. “Haters gonna hate” . Sizdən nifrət edənlərin nifrət etməsinə əhəmiyyət verməyin. Siz uğurlarınızın davam etməsinə və yalnız onların danışılmasına çalışın. Trendləri izləməyin, trendləri siz yaradın. Dünyanın sizdən nə istədiyini öyrənməyə çalışın, əgər onun ehtiyyaclarını qarşılaya bilirsinizsə, o da sizə istədiyinizi verəcək.
6) Rocket Singh: Salesman of the Year (2009)
Hörümçək adam da risk alar, mən hələ də satış agentiyəm!.
Çətinliklərdən qorxmayın, çətinliklərə doğru gedin. Risk almaqdan qorxmayın, ən yaxşısı olduğunuzu sübut edin. Qorxaq olmayın, süper qəhrəman olun. Məşhur bir filmdə deyildiyi kimi “Risk se hi naam bante hai” (risk isimlərdən ibarətdir). Gedin və risk alın.
7) Office Space (1999)
Bu gün ofisimdə otururdum, fərqinə vardım ki, çalışmağa başladığım gündən bəri həyatımın hər günü bir öncəki gündən daha pis idi. Demək ki, məni gördüyün hər gün həyatımın ən pis günü idi.
Gündəlik bir iş sizə maaş verə bilər lakin, əgər xoşbəxt deyilsinizsə sürü psixologiyasına qurban getməyin. Qəlbinizi dinləyin, ondan nə istədiyini soruşun və onun üçün yola davam edin. Öz xoşbəxt dünyanızı yarada biləcəkkən, bərbat bir həyatda yaşamağı qəbul etməyin.
Xəzər Aslanov. Banco.az