7 yanvar 2019 tarixində keçirilmiş “Qızıl Qlobus” mükafatının təltif edilmə mərasimində, Fiji sularını təqdim edən promouter çoxlarının diqqətini çəkə bilmişdir. O məhşurların çoxunun fonunda şəkillərə düşərək diqqət cəlb etmişdir. Onların arasında Jim Kerri, İdris Elba, Nikol Kidman və s. kimi məşhurlar vardır.
Sosial şəbəkədə bu paylaşım virus effektini ala bilmiş və çox sürətlə yayılmışdır. Apex Marketing Groupun hesablamalarına görə bu tip “reklam” Fiji su brendi üçün 12 mln. dollar dəyərində qiymətləndirilib.