Əsas səhifə Vergi Fevralın 1-dən əhaliyə vergi güzəştləri tətbiq ediləcək

Fevralın 1-dən əhaliyə vergi güzəştləri tətbiq ediləcək

50

Vergi Məcəlləsində edilmiş dəyişikliklərə əsasən stimullaşdırıcı alət kimi bir sıra vergi güzəştləri tətbiq ediləcək.

Bizplus.az məlumat verir ki, əsas yeniliklərdən biri ticarət və iaşə müssisələrində ödənişlər zamanı tutulan verginin (ƏDV-nin) bir hissəsinin müştəriyə qaytarılmasından ibarətdir.

Belə ki, ödənişi post terminallar (nağdsız) vasitəsilə və nağd edənlər müvafiq olaraq ƏDV-nin 15% və 10%-ni geri alacaqlar.

Qeyd edək ki, İqtisadiyyat Nazirliyinin 2019-cu ilin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında Dövlət Vergi Xidmətinin rəsmisi İlkin  Vəliyev bildirib ki, ƏDV-nin bir hissəsinin müştəriyə qaytarılmasına 2020-ci ilin 1 Fevral tarixindən başlanılması nəzərdə tutulur.