2015-ci ildə Ferrari-nin səhmlərinin ilkin kütləvi yerləşdirilməsi (İPO) zamanı şirkətin 10 milyard dollar dəyərində olduğu bilindi. 2 il sonra şirkətin bazar dəyəri iki dəfə artaraq 21 milyard dolları keçdi.
Ferrari hər zaman qlobal lüks brendi olmayıb. Ferrari-nin heyrətamiz 70 illik tarixini təqdim edirik:
1908-ci ildə 10 yaşlı Enzo Ferrari həyatında ilk dəfə yarış avtomobili görür. Daha sonralar, bir gənc kimi Enzo İtaliya ordusunda siravi əsgər kimi Birinci Dünya müharibəsində iştirak edir.
Müharibədən sonra Enzo avtomobil biznesində iş tapmaqda çətinlik çəkirdi. O, iş üçün “Fiat”a müraciət elədi, lakin çox saylı müharibə veteranlara görə işə götürülmədi. Sonunda, o kiçik avtomobil şirkətlərində iş tapdı.
1929-cu ildə Enzo “Scuderia Ferrari” və ya “Ferrari komandası”nı təsis etdi. Məsələ burasında idi ki, ortada heç bir şirkət yox idi. “Scuderia” sadəcə bir qrup yarış avtomobilləri sürücülərindən ibarət idi və onlar öz şəxsi avtomobillərini sürürdülər.
Komandanın sürdüyü avtomobillərin əksəriyyəti “Alfa Romeo” avtomobilləri idi. “Scuderia Ferrari” 1933-cü ildən etibarən “Alfa”nın avtomobil yarışlarında əsas komandası idi.
1937-ci ildə Enzo “Scuderia Ferrari”ni bağladı və “Alfa Romeo”nun yarış avtomobil istehsal edən zavodu “Alfa Corse”un rəhbəri oldu. Bu uzun çəkmədi. Çünki, Enzo xoşbəxt deyildi.
1939-cu ildə Enzo “Alfa Corse”da işdən çıxandan bir həftə sonra “Auto Avio Costruzioni”ni (AAC) təsis etdi. “AAC 815” Ferrari-nin ilk avtomobili hesab olunur.
“AAC” 1940-cı ildə 2 ədəd 815 avtomobilini istehsal etdi. Lakin, bu avtomobillər Ferrari adını daşıya bilməzdi. Səbəb isə, Enzo ilə əvvəlki iş yeri “Alfa Corse” ilə rəqabət aparmamaq barəsində anlaşması idi. Bu anlaşma yarış avtomobilləri üçün Ferrari adını ən azı 4 il müddətində istifadə etməyi qadağan edirdi.
İkinci Dünya Müharibəsi Ferrari-nin yarış fəaliyyətlərini məhdudlaşdırsa da, 1945-ci ildə şirkət Ferrari-nin imza təkliflərindən birinə çevrilmiş yeni 12 silindrli mühərikini təqdim elədi.
1947-ci ildə Ferrari “125”i təqdim elədi. “Alfa” ilə rəqabət aparmamaq barəsində razılaşma bitdiyindən bu avtomobil Ferrari adını daşıyan ilk avtomobil oldu.
1940-ci illərin sonunda ikili vətəndaşlığı (İtaliya və ABŞ) olan uğurlu yarış avtomobili sürücüsü Luigi Chinetti Ferrari-yə yaxınlaşaraq ictimaiyyət üçün yarış avtomobillərinin istehsal perspektivlərini müzakirə elədi.
Ferrari bu təklif barədə tərəddüd etdi, çünki onun şirkətinin əsas məqsədi yarışları udmaq idi. Chinetti yarışmaya başladı və Ferrari avtomobilləri ilə yarışlarda qalib gəlirdi.
1950-ci illərin əvvəllərində Luigi Chinetti istədiyi avtomobilləri aldı və ABŞ-da Ferrari-nin ilk dillerini yaratdı. Chinettinin dilleri Nyu Yorkda Manhettendə yerləşirdi, lakin sonralar Konnektikuta köçdü.
ABŞ Ferrari avtomobilləri üçün böyük bazar oldu. Hətta bugün də ABŞ Ferrari-nin əsas bazarı olaraq qalmaqda davam edir. ABŞ bazarı Ferrari-nin biznesi üçün yeni qapılar açdı. Əfsanəvi avtomobillərdən olan “California Spider” kimi …
… GTO və tezliklə Testarossa ortaya çıxdı.
1960-cı illərə qədər artıq Ferrari avtomobilləri öz gücünü göstərirdi.
1963-cü ildə “Ford”un baş icraçı direktoru Henri Ford II Ferrari-nin yarış avtomobili biznesini almağa cəhd elədi. Enzo biləndə ki, Ferrari yarışa qatılmaq üçün Ford-dan pul istəməlidir razılaşma dərhal ləğv olundu.
Anlaşma əldə edə bilmədiyindən Ford acığını Enzonun komandasını La Manş idman avtomobilləri yarışında qalib gələrək çıxmaq istəyirdi.
Ferrari həmin dövrdə La Manşın favoriti sayılırdı. Enzo və onun komandası 1960-1965-ci illərdə ardıcıl olaraq 6 dəfə qalib gəlmişdilər.
1966-cı ildə Ford-un Ferrari-yə yeni rəqibi ortaya çıxdı. Əfsanəvi GT40 La Manşda yarışmaya hazır idi.
Henri Ford II qisasını aldı. GT40 La Manşda qalib gələrək Ferrari-nin dominantlığına son qoydu.
Ford 1966-cı ildən 1969-cu ilə qədər 4 il ardıcıl olaraq qələbə çaldı.
1969-cu ildə Enzo şirkətinin təkcə uğur qazanması üçün deyil, həmçinin həyatda qalması üçün əlavə resurslara ehtiyac duyduğunu anladı. Həmin il Ferrari şirkətinin 50%-ni onu bir vaxtlar işə götürməyən “FİAT”a satdı.
Enzo Ferrari 1988-ci ildə 90 yaşında vəfat etdi.
Enzo Ferrari vəfat edəndən sonra Luca di Montezemolo şirkətin prezidenti və daha sonralar sədri oldu. Onun rəhbərliyi altında, Ferrari qlobal lüks brendinə çevrildi.
Və milyonlarla dollara satdığı avtomobillər də var.
İdman avtomobilləri yarışında Ferrari hələ də yüksək mövqe tutur. Şirkətin Formula 1 komandası yenə də “Scuderia Ferrari” adlanır və Enzonun vəfatından sonra 8 dəfə dünya çempionu olmuşdur.
Səhmlərinin ilkin kütləvi yerləşdirilməsi (İPO) ilə Ferrari multi milyard dollarlıq qlobal brendə olan transformasiyanı başa çatdırdı. Ferrari-nin səhmləri Nyu York Birjasında RACE simvolu ilə ticarət olunur.