Əsas səhifə Biznes sahələri Avtomobil Ferrari Purosangue Lamborghini Urus-dan güclü ola bilər

Ferrari Purosangue Lamborghini Urus-dan güclü ola bilər

28
Ferrari Purosangu
Ferrari Purosangu

Məlum olduğu kimi, Ferrari şirkəti ilk krossoverinin üzərində çalışmaları davam etdirir. Hal-hazırda bu model haqqında yeganə məlum olan onun adıdır. İtalyan markası Purosangue adlandırdığı SUV modeli haqqında ətraflı məlumat verməyib.

Bununla belə, “Car and Driver” nəşri Ferrari Purosangue krossoverinin həmyerlisi Lamborghini Urus modelindən daha güclü olacağını iddia edir. Nəşr, Ferrari krossoverinin yeni iki turbokompressorlu V8 mühərrikinin əsasında yaradılmış hibrid güc qurğusu ilə təchiz ediləcəyini ehtimal edir. Xatırladaq ki, Lamborghini Urus modeli 640 at qüvvəsi hasil edən 4,0-littrlik V8 biturbomühərriki ilə təchiz edilir. Ferrari Purosangue modelinin hibrid əlavə sayəsində, bu sinifdə olan krossoverlərin güc xarakteristikalarını daha yüksək səviyyəyə qaldıracağı söylənilir.

Ferrari Purosangue modelinin arxaçəkişli platformada inşa ediləcəyini nəzərə alsaq, onun ön təkərlərinin elektromotorların hesabına hərəkətə gələcəyini ehtimal etmək olar. Əlbəttə ki, Maranelloda uzun müddət krossoverə qarşı olsalar da, belə avtomobil sayəsində əldə ediləcək mənfəət italayanları daşı ətəklərindən tökməyə məcbur edib. Digər tərəfdən, Ferrari şirkəti dünya elitasının istəklərini nəzərə almamaq kimi şansı yoxdur.

Ferrari Purosangue modelinin dizaynına gəldikdə isə, onun necə olacağını yalnız Maranelloda bilirlər. İtalyan markası krossoverin dizaynını dövlət sirri kimi qoruyur. Güman etmək olar ki, Purosangue digər Ferrari modelləri kimi iti və aqressiv formalara, qıyqacı “gözlərə”, yumru formalı arxa fənərlərə və iri təkər disklərinə malik olacaqdır.

Rəy bildir

Please enter your comment!
Please enter your name here