Əsas səhifə Biznes sahələri Avtomobil Ferrai iki yeni spayder hazırlayıb

Ferrai iki yeni spayder hazırlayıb

160
Paylaş

Ferrari bu ay iki açıq kuzovlu modeli təqdim etməyə hazırlaşır. İtalyan markasının müştərilərindən biri bu modellərin silueti olan iki press-papyenin şəkili ilə bölüşüb. Basmaların üzərində V12 Spider və V8 Spider sözləri həkk olunub. Böyük ehtimalla, bu modellər Ferrari 812 Superfast və F8 Tributo superkarlarının spayder kuzovlu versiyalarıdır.

Superkarların adları rəsmi olaraq təsdiq edilməsə də, onlardan birinin Ferrari 812 GTS adlandırılacağını və 9 sentyabrda təqdim ediləcəyini söyləyirlər.Şayiələrə görə, Ferrari F8 Tributo Spider modeli 24 sentyabrda debüt edəcəkdir. Böyük ehtimalla, hər iki spayder açılan sərt dama malik olacaqdır.

Texniki cəhətdən dəyişikliyin olacağı gözlənilmir. Xatırladaq ki, Ferrari 812 Superfast modeli 800 at qüvvəli 6,5-litrlik V12 mühərriki və 7-pilləli “robot” ilə təchiz edilir. Ferrari F8 Tributo modelinin mühərrik bölümündə 720 at qüvvəli 3,9-litrlik V8 turbomühərriki yerləşir. Güc aqreqatı 7-pilləli “robotla” tandemdə çalışır.