Fermerlər üçün yeni qazanc imkanı – KİLOSU 5-10 MANATDIR

Date:

Paylaş:

Sitrus meyvələri ilə məşhur Lənkəranda yeni məhsul olan hallabonq bağlarının sahəsi 100 hektara çatdırılıb.

“Bizplus.az” “Fed.az” – a  xəbər verir ki, Hallabonq bağları Lənkəranda ilk dəfə 2015-ci ildə salınmağa başlanılıb. İlkin olaraq 15 hektar sahədə sınaq əkini aparılıb. Nəticələr müsbət olduğundan hallabonq bağlarının sahəsi 100 hektaradək genişləndirilib.

Artıq bir neçə gündür Lənkəranın sitrus bağlarında hallabonq yığımına başlanılıb.

Hallabonq digər sitrus meyvələrindən dadı, görünüşü və məhsuldarlığı ilə fərqlənir.

Bir hallabonq meyvəsinin çəkisi 300-500 qram olur. Orta hesabla bir ağacdan 30-40 kiloqram, bir hektar sahədən isə 35-40 ton məhsul əldə etmək mümkündür. Bu, digər sitrus meyvələri ilə müqayisədə bir neçə dəfə çoxdur. Aqronom Xaliq Talıbov bildirir ki, hallabonq ağacları ən yüksək məhsuldarlığa 10 yaşında çatır, onda hər ağac orta hesabla 200-250 kiloqram məhsul verir. Məhsulun xaricdə satış qiyməti kiloqram üçün 5-10 manat arasındadır. Artıq Rusiyaya satışı ilə bağlı müqavilələr bağlanılıb.

Qış aylarında ağaclardakı meyvələr xüsusi qaydada örtüklərlə qorunur.

Hazırda Lənkəran rayonunun Sütəmirdov, Siyavar, Şürük, Tükəvilə kəndlərində hallabonq bağları salınıb. Gələcəkdə isə digər ərazilərdə də bu yeni sitrus bağlarının salınması nəzərdə tutulub.

Bu sitrus meyvəsinə qənnadı, kosmetika, ətriyyat, şirə və şərabçılıq sahələrində də tələbat var.

Qeyd edək ki, hallabonq dünyada ilk dəfə ötən əsrin 70-ci illərində Yaponiyada manarin sortlarının calaşdırılmasından alınıb. Lənkəranda əkilən hallabonq Koreyadan gətirilən növdür.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...