FED 2017-ci ilin ilk iclasını həyata keçirdi. İki gün davam edən iclas, Çərşənbə günü yekunlaşdı. İclasda sonra yayımlanan mətndə FED-in faiz dərəcələrini sabit tuttduğu və iqtisadiyyatın müsbət yöndə stabilliyini qoruduğu bildirildi. İndi isə gələk FED-in qərarları öncəsində və sonrasında bazarlarda yaşanan son yeniliklərə:
Federal Açıq Bazar Komitəsinin (FOMC) iclası 01.02.2017 tarixində yekunlaşdı. ABŞ Mərkəzi Bankının (FED) pul siyasətinin müəyyən olunduğu bu iclasdan, faizləri stabit tutmaq qərarı açıqlandı. İlin ilk iclasında səs çoxuluğu ilə faizlərin 0,50-0,75 aralığında tutulması qərara alındı.
İclas sonrası yayımlanan mətndə işsizlik mövzusuna da toxunuldu. Verilən məlumatlarda FOMC-nin dekabr ayındakı son iclasından sonra işsizlərin sayında azalma ilə paralel məşğulluq faizində də artımların olduğu qeyd olunub. Açıqlama mətnində ABŞ iqtisadiyyatının böyüməsi ilə əlaqədar pozitiv ifadələr də yer almışdı. Ancaq son aylarda istehlakçıların xərcləri və inflyasiyanın artmağa davam etməsinə baxmayaraq, böyümənin hələ də 2%-lik hədəfin altında olduğu da açıqlamada öz yerini tapırdı. Açıqlamada, inflyasiyanın bu vəziyyəti ilə əlaqədar: “İqtisadi vəziyyəti nəzərə alaraq qısa dövrlük risklər demək olarki tarazlaşdırılıb” ifadəsi işlədilib.
Faiz artımının sabit saxlanıldığı iclas sonrası açıqlanan bəyanatda, bir sonraki faiz artışına aid ən kiçik işarənin belə verilmədiyi deyildi. Analizçilər isə bu təmkinliliyi, Donald Trump liderliyi ilə idarə olunan yeni hökumətin maliyyə məsələlərindəki qeyri müəyyən vəziyyət ilə şərh edirlər. Ancaq BlackRock Global Sabit Gəlirlər Baş İnvestisiya rəsmisi Rick Reider faiz artımı ilə əlaqədar olaraq: “əgər FED Mart ayında fazi artımı etsə, 2017-ci ildə 4 dəfə fazi artımı görə bilərik. Eyni zamanda əgər bu kimi hallar özünü təsdiqləməyə davam edərsə 3 faiz artımı böyük ehtimalla baş tutacaqdır.” deyərək fikirlərini bildirdi.
Bəs, FED-in faizləri sabit tutma qərarı birjalara necə təsir göstərdi ? Birjalarda bu qərar öncəsi və sonrası olan dəyişikliklərə baxaq:
Qərar öncəsindəki birjalarda yaşananlar:
FED-in inclasından faiz dərəcələrinin sabit tutulma qərarının çıxdığını və təbiiki bu qərarın bazara müəyyən yöndə təsir göstərəcəyini yuxarıda qeyd etmişdik. FED qərarının dollar, qızıl və beynəlxalq birjalar üzərindəki təsirlərinə bir qədər sonra toxunacağıq. İlk olaraq isə “qərar öncəsi birjalardaki son vəziyyət nə idi ?”, “nə kimi bir yeniliklər baş verirdi ?” suallarına cavab verək.
FED -in qərarından əvvəl iqtisadi böyümənin sürətlənməsi ilə əlaqədar yaşanınlan mübət hal, dolların yüksəlməsinə səbəb olmuşdu. Dollar dəyər qazandığı bir vaxtda, xəzinə hissləri geriləmyə başlamışdı. ABŞ hissələri isə üfüqi stabilliyini davam etdirirdi. Apple-ın gəlir nəticələri isə gözləntilərdən daha yuxarı olaraq, İyul ayından bu yana ən böyük yüksəlişini yaşadı. “Siemens AG” və “Volvo” kimi Avropa hissələri isə həftənin ən böyük gəlirlərini əldə edən şirkətlər olmuşdu.
Edinburqdaki “Standart Life İnvestments LTD” Qlobal Strategiya müdiri Andrew Miligan birjaların ümumi vəziyyəti haqqında ziddiyyətli fikirlərə sahib olduğunu, qarşıdakı günlərdə isə ən kiçik bir riskdən belə təsirlənən dolların diqqətlə təqib olunmasının vacib olduğunu dilə gətirmişdir.
FED-in qərarı öncəsində dollardan təsirlənən digər globlal birjalara baxarsaq:
S&P 5000 İndeksi 0.2%-lik kiçik bir geriləmə ilə 2,275.02-yə düşdü.
Stoxx Europe 600 İndeksi 0.9%-lik yüksəlmə yaşadı.
Bloomberg Dollar Spot İndeksi 0.3% artış göstərdi.
Euro Dollar qarşısında dəyərini itirərək, 0.2% zəyiflədi.
Dövlət xidmətləri və enerji hissələri dəyər itirdiyi bir vaxtda, banklar yüksəlməyə başladı.
FED-in 2017 Yanvar qərarı Qızılın qiymətlərinə necə təsir göstərdi:
Fed-in pul siyasətində dəyişikliklərə getməməsi və faizləri sabit tutma qərarı qızıla heç bir təsir göstərmədi. Dollar düşərkən qızıl yüksəldi. Qazanclarını 4 gün davam etdirən qızıl, Sinqapur saatı ilə 10:33-də 1.213.23 dollar qiymətinə çatdı.
Phillip Futures Strategiyaçısı Bryan Lum, FED qərarları ilə əlaqəli: “Faizləri sabir tutma qərarı ümumi mənada gözləntilərə cavab verdiyi halda, birjalara FED-in daha “şahin tonu (faizlər yüksəlir, dollar dəyər qazanır)” tətbiq edib etməyəcəyini təqib edir” ifadəsini işlətdi.
FED-in 2017 Yanvar qərarı Qlobal Birjalara necə təsir göstərdi ?
Qlobal bazarlar, Fed-in faizləri stabil tutma qərarı və əlavələr, eyni zamanda növbəti dövr üçün heç bir işarə vermədiyi üçün geriləmə əldə etdi. Asiya hissələri başda olmaqla, bir çox birjalar dolların dəyər itirməsi səbəbindən geriləməyə başladı.
Avstraliya dolları, xarici ticarət datalarının gözləntilərdən yüksək nəticə verməsi ilə bərabər, üç ayın ən yüksək səviyyəsinə qalxdı. Qızıl dəyər qazanarkən, Euro, FED qərarı sonrası nisbətən dəyər itirdi. Yəni, qərar, Euro-yə demək olarki təsir göstərmədi.
MSCİ Asiya Pasific İndeksi üfüqi stabilliyini davam etdirərkən, Yaponiya Topix İndeksi 1%-lik geriləyib. Dolların 10 mühüm pul vahidi arasındaki vəziyyətini yaxından təqib edən Bloomberg Dollar Spot İndeksi, 0,3% nisbətində dəyər itirib. Benzin isə Nef isə 0.6%-lik bir geriləmə ilə bareli 53.56 dollardan hesablanıb.
Həm FED-in qərarı həm də Donald Trump-ın vəzifəyə gəlməsi kimi faktorların təsiri ilə zirvədən aşağıya doğru hərəkətə başlayan səhm indekslərində diqqətlər ABŞ-da açıqlanacaq məşğulluq datalarına çevrildi. Cümə günü açıqlanmalı olan bu göstəricilər, birjalar tərəfindən maraqla gözlənilir.
Mövzu ilə əlaqəli olaraq fikir bildirən Commonwealth Bank of Australia-nın Valyuta Strategiyaçısı Elias Haddad, “Trump idarəetməsinin mühafizəkar xarakteri və ayırıcı siyası yanaşması maliyyə təşviqi ehtiyatlarının sıradan çıxa biləcəyinə aid şübhələri artırdı. Dollar qısa dövr üçün “müdafiə” xarakterli olmağa davam edəcək.”
Mütəxəssislər FED-in 2017-ci il Yanvar ayında aldığı qərarı necə dəyərləndirir ?:
Maraqla gözlənilən FED-in qərarında Donald Trump qeyri-müəyyənliyinin böyük rol oynadığı açıq şəkildə görünür. Mütəxəssislərin şərhlərinə baxıldığı zaman da, siyasi qeyri-müəyyənliklərin, ABŞ iqtisadiyyatına nə kimi təsirlər göstərə biləcəyi az-çox göz önünə gəlməkdədir.