FBI, smart televizorların təhlükəlikləri barəsində istifadəçilərə xəbərdarlıq etdi

Date:

Paylaş:

Artıq birinci il deyil ki, məşhur antivirus şirkətləri smart cihazların hack olunması mümkünlüyü barəsində barəsində istifadəçilərə xəbərdarlıq edirlər. Lakin bu cür xəbərdarlıq FBI-dan gələn zaman istər-istəməz istifadəçi öz smart cihazın gizli imkanları barəsində düşünməli olur. Belə ki, rəsmi FBI saytında smart televizorlar ilə düzgün şəkildə davranmaq qaydaları əks olunublar.

Bizplus.az bildirir ki, ABŞ-ın Federal Təhlükəsizlik Bürosunun verdiyi məluata əsasən istifadəçilər ilk növbədə aktivləşdirdikləri hər bir smart cihazın konfidensiallıq siyasətinə fikir verməlidirlər. Çox zaman istehlakçılar tərəflər arasındakı qaydalar və öhdəlikləri nəzərə almırlar. Baxmayaraq ki, həmin qaydalarda istifadəçi məlumatlarının üçüncü tərəflərə ötürülməsi kimi mübahisəli məqamlar var.

Artıq dəfələrlə istifadəçinin izlənməsi yolunda smart televizorların uzaqdan hack olunması kimi hadisələr baş verib. Belə ki, təhlükəsizlik səviyyəsi aşağı olan Wi-Fi şəbəkəsinə qoşulu olan hansısa cihaz üzərində idarəetməni əldə etmiş hacker həmin cihazın daxilindəki məlumatları əldə etməklə yanaşı həmçinin cihazda olan kamera və mikrofon vasitəsilə istifadəçini izləyə də bilər. Qeyd etmək lazımdır ki, FBI tərəfindən qeyd edilmiş bu məlumatlar ümumiləşdirilmiş xarakter daşıyır və internet təhlükəsizliyi üzrə əsas prinsipləri xatırladır.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...