Əsas səhifə Xəbərlər Yerli biznes xəbərləri “Favorit” və “Araz” supermarketləri birləşdi

“Favorit” və “Araz” supermarketləri birləşdi

38
Paylaş

“Favorit Market” şəbəkəsini idarə edən “Baku Retail Group” MMC  18 fevral 2020-ci il tarixində ləğv edildiyini açıqlayıb. Adıçəkilən MMC “Araz Supermarket” MMC-yə qoşulduğunu bildirib.

Belə ki, “Baku Retail Group” MMC-nin bütün hüquq və öhdəlikləri təhvil aktı üzrə “Araz Supermarket” MMC-yə ötürülüb.

“Araz Supermarket” MMC də “Baku Retail Group” MMC-nin ləğv olunaraq ona qoşulması nəticəsində yenidən təşkil edildiyini, “Baku Retail Group” MMC-nin bütün hüquq və öhdəliklərinin təhvil aktı üzrə “Araz Supermarket” MMC-yə keçdiyini elan edib.

Qeyd edək ki, bir müddət əvvəl “Favorit Market”lərin “Araz Supermarket”lərin nəzarətinə keçdiyi açıqlanmışdı.