Əsas səhifə Xəbərlər Xarici biznes xəbərləri “Fast food” menyusuna süni yumurtalı qidalar əlavə olunub

“Fast food” menyusuna süni yumurtalı qidalar əlavə olunub

105
Paylaş

Bitki zülalından hazırlanan məhsullar ənənəsi bu dəfə yumurtalarla davam etdirilir. Belə ki, MarketWatch xəbər verir ki, Kanadanın “fast food” şəbəkəsi Tim Hortons tərkibində Just Egg olan bəzi qidaları sınaqdan keçirir. 

Bu yumurtalar guya adi toyuq yumurtasının dadını, görünüşünü və teksturasını təkrarlayır və onların məşhurluğuna baxmayaraq, dietoloqlar belə qidaların faydalı olmasına əmin deyillər. Belə ki, onlarda təbii analoqları ilə müqayisədə natrium miqdarı daha çox olur.

Süni yumurtadan Bareburger, Gregorys Coffee, Next Level Burger şəbəkələri də istifadə edirlər. Just Egg-i əsasən burgerlərə, sendviçlərə və səhər yeməklərində tətbiq edirlər.

Ekspertlər belə hesab edirlər ki, bu məhsullar istixana qazı tullantılarını azaltmağa qadirdirlər.