Əsas səhifə Xəbərlər Xarici biznes xəbərləri Fantastik dizyanlı uşaq baxçası istifadəyə verilib

Fantastik dizyanlı uşaq baxçası istifadəyə verilib

139
Paylaş

Bu yaxınlarda Vyetnamın Xoşimin əyalətində öz fərqli dizaynı ilə seçilən uşaq baxçası açılıb. Bu qeyri-adi baxçanın layihəsini yerli Kientruc O şirkəti işləyib.

Beşmərtəbəli tikilinin işıqlı fasadı qarışıq quruluşa malikdir. Belə ki, onun işıqlı çərçivəli qeyri-adi quruluşlu pəncərələri ağ rəngli fasadı çox gözəl tamamlayırlar və tikilinin sanki uşaq kitabının səhifələrindən gəldiyi təəssüratını yaradırlar. Arxitektorların sözlərinə görə, belə bir dizayn uşaq təxəyyülünün inkişafına ən müsbət şəkildə təsir edəcək.

Baxçanın hündür tavanı, ağ divarları və açıq rəngli taxta döşəməsi var. İnşaatçılar həm də interyerə uyğun olaraq, çəhrayi, bənövşəyi və narıncı rənglərdən də incəliklə istifadə ediblər. Çox uğurla işlənmiş açıq rənglər bütün diqqəti özünə cəm edirlər.