“Facebook” yeni Viewpoints tətbiqini işə salıb. Burada istifadəçilər soğulara və digər tapşırıqlara görə pul mükafatı alacaqlar. Xidmət hələ ki, ABŞ-da işləyir, amma 2020-ci ildə şirkət onu digər ölkələrdə də istifadəyə verəcək.
Viewpoints ancaq 18 yaşından yuxarı olanlar üçündür. Sorğularda iştirak üçün Facebook-da Viewpoints hesabına daxil olmaq lazımdır. Sistem həm də istifadəçinin adını, elektron poçt ünvanını, yaşadığı ölkəni, doğum tarixini və cinsini, bəzi hallarda isə olduğu yeri sorğulayır.
Şirkət istifadəçilər barədə məlumatları üçüncü şəxsə ötürməyəcəyinə və icazəsiz yayımlamayacağına söz verir. Facebook-dan bildiriblər ki, tətbiqi, öz məhsullarını təkmilləşdirmək və sosial şəbəkələrə mənfi təsiri azaltmaq üçün buraxıblar, amma Viewpoints-dən başqa tapşırıqlar üçün də istifadə oluna bilər.
Hər sorğudan əvvəl şirkət topladığı məlumatları necə istifadə edəcəyini deyəcəyinə söz verir. İştiraka görə istifadəçilər bonus ballar əldə edəcəklər. Bəlli bir saya çatdıqda bonuslar PayPal hesabına keçirilə bilər.